SÜRÜCÜ-EKSPEDİTOR

700 - 1000 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 50 yaş
Təhsil Orta texniki
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs İR meneceri
Telefon (012) 310-86-61
E-mail HR@salesbroker.az
Elanın tarixi 10-03-2023
Bitmə tarixi 10-04-2023
İş barədə məlumat

- AR Əmək Məcəlləci uyğun sənədləşmə
- İş saatı: 09:00-dan -17:00-dək
- Həftədə 1 dəfə istirahət
- Əmək haqqı 700+bonus
- Satışa buraxılan məhsulu Cəmiyyətin normativ sənədləri ilə müəyyən edilmiş qaydada pərakəndə və topdan satış məntəqələrinə vaxtlı-vaxtında çatdırmaq
- Müəyyən olunmuş qaydada tərtib edilən həcmdə məhsul satışını həyata keçirtmək
- Kateqoriyalara bölünmüş məntəqələr üzrə getmə tezlikləri əsasında məhsulun çatdırılmasını təmin etmək
- Satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik hesabatlar dəqiq və ətraflı hazırlayıb aidiyyatı şəxsə təqdim etmək
- Lazım olan təqdirdə ticarət məntəqələrində müxtəlif reklam materiallarını yerləşdirmək
- Şirkətin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək
- İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında Şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlamaq və qeyd etmək, bu göstəricilərin verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin etmək

Namizədə tələblər

- Təhsil: minimum tam orta təhsil
- Yaş həddi: 25-45 yaş
- Yalnız kişi namizədlər
- BC sürücülük vəsiqəsi
- İş təcrübəsi: 3-5 il
- Rus dili bilənlərə üstünlük verilir
- Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı, alıcılara nəzakətli rəftar

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.