SÜRÜCÜ

500 - 600 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 55 yaş
Təhsil -
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Aidə Həbibova
Telefon (012) 497-13-04
E-mail aida.habibova@mktcotton.com
Elanın tarixi 10-11-2022
Bitmə tarixi 10-12-2022
İş barədə məlumat

- Rəhbərliyin göstərişi ilə avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirməklə göstərilən tarixlərdə və istiqamətlərə sürmək
- Cəmiyyətə aid avtonəqliyyat vasitələrinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək
- Həmçinin avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək
- Əsaslı və/və ya cari təmirdən/profilaktik işlərdən çıxmış avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak etmək
- Cəmiyyətin balansında olan və ona həvalə edilən avtonəqliyyat vasitələri üçün ehtiyat hissələrinin alınmasına sifarişlər, təmir işləri ilə əlaqədar texniki sənədləri, iş haqqında hesabatları tərtib etmək
- Avtonəqliyyat vasitəsinin zəruri ehtiyat hissələri ilə vaxtında təmin olunmasına nail olmaq
- Avtonəqliyyat vasitəsinin sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək

Əlavə məlumat:

- Əmək haqqı razılaşma əsasında
- İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-dan -18:30-dək)
- İş yeri: Baki şəhəri, Qafqaz Business Center

Namizədə tələblər

- Xidmət edilən avtomobillərin təyinatı, quruluşu və işləmə prinsipini, avtomobillərin yol hərəkəti və texniki istismarı qaydasını, hərəkətin təhlükəsizliyinin əsaslarını bilməlidir
- Avtomobilin istismarı prosesində üzə çıxan nasazlıqların əlamətlərini, səbəblərini və təhlükəli nəticələrini, onların aşkar edilib düzəldilməsi üsullarını müəyyən etməlidir
- Fiziki cəhətdən sağlam olmalı

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.