SÜRÜCÜ

600 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 23 - 40 yaş
Təhsil -
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Lalə Həsənova
Telefon (012) 310-34-84
E-mail hr@ferrumcapital.az
Elanın tarixi 08-07-2022
Bitmə tarixi 08-08-2022
İş barədə məlumat

Sürücü
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC İnzibati idarəetmə bölməsində sürücü vakansiyasını elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Sürücü nə iş görür?
- Şirkət əməkdaşlarının təyin olunmuş ünvanlara çatdırılması
- Xidməti tapşırığı yerinə yetirmək üçün rayonlara ezama gedilməsi
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi

Əlavə məlumat
- 5 günlük iş qrafiki
- Əmək haqqı: 600 AZN
- Digər xərclər şirkət tərəfindən qarşılanacaq

Namizədə tələblər

Hansı özəlliklərə malik olmalıdır?

- 23-40 yaş aralığı
- Şəxsi avtomobilə malik olmalı
- Şəhəri yaxşı tanımalı
- Nizam-intizamlı, məsuliyyətli olmalı
- Etik davranış və yol hərəkəti qaydalarına riayət etməli

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Sürücü” qeyd etməklə sayt yazmaq olmaz! e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.