SMETA MÜHƏNDİSİ

1000 - 1500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 28 - 55 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Xanım x.
Telefon (050) 289-09-96
E-mail hr@terrastruc.az
Elanın tarixi 12-07-2021
Bitmə tarixi 12-08-2021
İş barədə məlumat

- Tender təkliflərinin hazırlanması
- Verilmiş layihələrə əsasən iş həcimlərinin müəyyən edilməsi
Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi; Tikinti quraşdırma və təmir işləri üzrə smetaların və normalara əsaslanan qiymətlərə uyğun smeta sənədlərini tərtib edilməsi
- 1C proqramında Smetaların tərtib edilməsi və material hərəkətlərinin aparilması
- Hazırlanmış smetaya uyğun olaraq müəyyən edilmiş vaxt ərzində obyektlərin verilmiş plan, iş qrafikləri və tikinti-quraşdırma işləri əsasında işin kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun yerinə yetirilməsi işlərinə texniki nəzarətin həyata keçirilməsi və
uyğunsuzluq aşkar etdikdə tədbir görmək
- Tikinti xərclərinin izlənməsi və layihələrin kapitallaşmasını aparmalı
- Obyektlərin inşası üçün texniki sənədləşmənin əldə edilməsində iştirak edilmək
- Layihə üzrə görülmüş işlərin günlük və həftəlik planının hazırlanması və təqdim olunması
- İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünün araşdırılması, onların yerinə yetirilməsi prosesinin hazırlanması,lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmanın nəzərət etmək
- İnşa olunacaq obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və
- Onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsinə nəzarət etmək
- Obyektlərin layihələndirilməsi üçün, layihə təşkilatları ilə birlikdə titul siyahılarını işləyib
hazırlanması
- Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması, layihələndirmə üçün tapşırıqların tərtib edilməsində iştirak etmək
- Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklər etmək
- Mü qavilələr üzrə yerinə yetirilmiş işlərin qəbul olunması və ona nəzarət,görülmüş iş
həcimlərinin yoxlanılması,dəqiqləşdirilməsi, Forma 2-lərin smetaya uyğunluğunu yoxlamaq və təsdiqləmək
- Layihə barəsində aylıq texniki hesabatların hazırlanması
- Smetlararın tərtibi üçün bazar qiymətlərini analız edilərək xidmətlərin, materialların və s.
vahid həcminin qiymətlərinin müəyyən edilməsi.
- Tikinti norma və qaydalarına əsasən normativ sənədlərin hazırlanması.
- Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi
- Metodiki və normativ materialların,texniki sənədlərin,eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflər vermək
- Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi
- Görüləcək işlərə görə təqdim olunmuş və təklif olunan qiymət təkliflərinin müzakirə və qəbul olunmasında iştirak etmək
- Podratçı təşkilatlarla əlaqəli qərarların verilməsində iştirak edir
- Vəzifə təlimatında göstərilmiş digər öhdəlikləri yerinə yetirilməsi
- Fəaliyyət sferası çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi
- İş yeri: Bakı, Nardaran ərazisi
- İş saatı : Həftədə 5 gün 8 saat olmaqla
- Nahar fasiləsi: 13:00-dan 14:00-dək

Namizədə tələblər

Təhsil və iş təcrübəsi• Mülki inşaat, İnşaat mühəndisliyi sahələri üzrə ali təhsil
- Minimum 5 il inşaat sahəsi üzrə ümumi təcrübə. Minimum 3 ili Smeta mühəndisi kimi iş təcrübəsi
Bacarıq və səriştələr
- Ünsiyyət və təşkilati bacarıq
- Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı
- Rus və azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət)
- Ms. Office programları, Excell, 1C programları əla səviyyədə
Bilməlidir- Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını
- Tikintidə layihə-smeta işlərinin təşkili üzrə, müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərin və digər istinad edilən, rəhbər tutulan metodiki normativ sənədləri
- Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını

Telefon danışıqlarışirkət tərəfindən ödənilir
Koroğlu metrosundan- servis xidməti var.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.