SƏTƏM ÜZRƏ MÜTƏXƏSSİS

1000 - 1200 ₼

Əlaqə Məlumatları
Şəhər Sumqayıt
Yaş 24 - 35 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Veliev Group
Telefon (012) 553-71-81
E-mail hr@veliev.az
Elanın tarixi 14-11-2023
Bitmə tarixi 14-12-2023
İş barədə məlumat

- Müəssisənin bütün bölmə və istehsalat sahələrində əməyin mühafizəsi, təhlükəsizlik texnikası üzrə qüvvədə olan qanunvericiliyin, qayda və normaların, təlimatların, istehsalat sanitariya-gigiyenasının tələblərinə riayət edilməsinə nəzarət etmək
- İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin aşkar edilməsi
- Yeni işə qəbul olunanlarla, qonaqlara, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrlə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramının hazırlanması və təlimat verilməsi
- Qəzalar, hadisələr barəsində araşdırma aparıb dərhal məlumat verilməsi
- Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət edilməsi
- Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasının təşkil edilməsi
- Yanğın təhlükəsizliyinə aid sənədlərin, jurnalların aparılması, yanğın təhlükəsizliyinə dair təlimatların və əmrlərin hazırlanması
- Obyektin ilkin yanğınsöndürmə vasitələri ilə dəstləşdirilməsinə və sazlığına nəzarətin, həmçinin onlara texniki qulluğunun təşkili işlərinin həyata keçirilməsi
- Avtomatik yanğın siqnalizasiya, söndürmə, xəbərdaretmə, tüstü xaricetmə və digər yanğından müdafiə sistemlərinin işlək vəziyyətdə olmasına nəzarətin həyata keçirilməsi
- İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməli
- İş rejimi: 6 günlük

Namizədə tələblər

- Komandada işləmək bacarığı
- Diqqətli və məsuliyyətli olmaq
- Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti
- MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti
- Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2023 года.