SATIŞ ÜZRƏ MÜTƏXƏSSİS

400 - 500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 22 - 30 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Səbinə Allahverdiyeva
Telefon (012) 310-87-17
E-mail sabina.a@limanbroker.az
Elanın tarixi 02-03-2023
Bitmə tarixi 02-04-2023
İş barədə məlumat

- Şirkətlər və onların nümayəndələri ilə işgüzar danışıqlar aparmaq qabiliyyəti, satış artıran bacarıqlar, müştərilərlə görüş təşkil etmək, yeni müştərilərə şirkətin, satdığı mal və xidmətlər haqqında məlumat vermək
- Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, satış və təyin edilmiş hədəflərə çatmaq
- Müştərilərlə düzgün ünsiyyətin qurulması, məhsul və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək
- Mail üzərindən yazışmalar, təqdimatların göndərilməsi, məktubların peşəkar cavablandırılması
- Aylıq satış planını həyata keçirmək
- Şirkətin korporativ satış strategiyasının effektliyinin artırılması məqsədilə təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək
- Müştərinin axtarış kanallarında işləmə, yeni müştərilərin cəlb olunması, bütün satış prosesinin idarə edilməsi,
- Verilən tapşırıqları vaxtında icra etmək, günlük, həftəlik və aylıq fəaliyyət planlamasını aparmaq, şirkət daxili proqramda qeyd etmək və işlərlə bağlı periodik hesabat vermək
- Əmək haqqı 450-500 AZN (fiks maaş + bonus). Namizədin bilik və təcrübəsinə uyğun dəyişə bilər.

- İş vaxtı: həftə içi (09:00-dan - 18:00-dək), bazar və bayram günləri istirahət
- Vakansiyaya müraciət üçün şəkilli CV-nizi e-mail ünvanına, mövzu hissəsində “Korporativ satış meneceri” qeyd edib göndərməyiniz xahiş olunur. Müraciətlər yalnız email yolu ilə qəbul olunur, həmçinin tələblərə uyğun gəlməyən müraciətlərə baxılmayacaqdır

Namizədə tələblər

- Ali təhsilli
- Microsoft Office (xüsusən Word, Excel və Outlook) proqramlarında sərbəst işləmək bacarığı
- B2B satış sahəsində geniş təcrübə və bacarıq
- Effektiv dil bilikləri (Azərbaycan və Rus dili əla səviyyədə, orta səviyyəli ingilis dili üstünlükdür)
- Şifahi və yazılı ünsiyyət qabiliyyəti, təqdimat bacarıqları, şirkətin məhsul və xidmətlərini müxtəlif üsullarla təqdim etmək
- Müştərilərlə işləmə qabiliyyəti,
- Şirkətin iş proseslərinə uyğun qaydada və komanda şəklində işləmə bacarığı
- Ünsiyyətcil və inandırma bacarığı
- Öz üzərində işləyən, inkişafa meyilli
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.