SATIŞ ÜZRƏ MÜTƏXƏSSİS

500 - 600 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 20 - 40 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Lunchef catering MMC
Telefon (012) 480-11-68
E-mail info@lunchefcatering.az
Elanın tarixi 02-11-2021
Bitmə tarixi 02-12-2021
İş barədə məlumat

- Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək
- Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək
- Soyuq zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili
- Qarşıya qoyulan hədəflərə yönəlik fəaliyyət göstərmək
- Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa müdirə verilməsi
- Təyin edilmiş aylıq/rüblük plana əsasən satış funksiyalarını yerinə yetirmək (müştəri görüşləri, təkliflər, zənglər və s.)
- Mövcud müştəri bazasını genişləndirmək və yeni müştərilər axtarmaq
- Müştəri üçün koordinator rolunu icra etmək və ortaya çıxan problemləri həll etmək
- Müştəri məmnuniyyəti və müştərilərin şirkətdə saxlanması üçün tədbirlər görmək
- Azərbaycanda meydana gələn yeni iş sahələri və şirkətlər barədə məlumatlı olmaq və daim təftiş etmək
- Mütəmadi olaraq müştəri ofislərini ziyarət etmək, hər hansı çatışmazlıqları aşkar etmək və aradan qaldırmaq
- Satış şöbəsinin müdirinin rəhbərliyi altında şirkətin ümumi müştəri bazasının formalaşdırılması üzrə işləri yerinə yetirir
- Müştəri barədə informasiyaları (müştərinin rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplayır və müştəri bazasına qeyd edir
- Şirkətin təqdim etdiyi mal və xidmətlərin qiymətlərindəki dəyişikliklərlə, avadanlıqların təchizat müddətləri ilə bağlı müştəriləri məlumatlandırır
- Satış menecerlərinin göstərişi ilə müştərilərlə əlaqə yaradır
- Müştəri tərəfindən ödənişlərin həyata keçirilməsinə nəzarət edir və satış menecerlərini məlumatlandırır
- Müqavilələrin icrası ilə bağlı müştərilərin pretenziyalarının uçotunu aparır və Rəhbərliyi məlumatlandırır
- Müqavilə şərtlərininin pozulması səbəblərini müəyyən edir və Satış şöbəsinin müdirinə məruzə edir
- Müştəri barədə daxil olan bütün informasiyaları istifadə olunan proqram məhsuluna qeyd edir
- Prezentasiya və sərgilərin hazırlanmasında iştirak edir, sərgi və prezentasiyalardan daxil olan informasiyaları qeydə alır, sistemləşdirir və satış şöbəsinin müdirinə təqdim edir
- Keyfiyyət sisteminin menecmenti tələblərinin yerinə yetirilməsinə nəzarət edir
- Özünün birbaşa rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirir
- Öz fəaliyyətini “İşçilərin Təlimat Kitabçası”nın tələblərinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, müəssisənin sanitar-gigiyena, yanğından mühafizə norma və qaydalarına müvafiq şəkildə həyata keçirir
- İSO 9001 və 14001 standartları ilə işləmək bacarığı
- iş saatı: 09:00-dan 18:00-dək

Namizədə tələblər

- Soyuq və isti satışların aparılması təcrübəsi
- Müştəri yönümlü xidmət, tələb olunan fərdi keyfiyyətlər
- Özünə inam və əminlik
- Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları
- Qoyulan hədəfləri vaxtında yerinə yetirmək bacarığı
- Yaxşı idarəçilik və planlaşdırma bacarıqları
- Müstəqil işləmə bacarığı
- Müştəri ilə danışarkən duyğusal zəkanı idarə etmə bacarığına sahib olmalıdır
- Araşdırmacı, nəticəyönümlü və dinamik olmalıdır
- MS Office proqramlarını mükəmməl bilməlidir
- Yaxşı ünsiyyət bacarıqları olmalı
- İnandırma gücünün yüksək olması
- Müştəri ilə davamlı olaraq doğru dioloq təmin etmək
- Satış sektoruna hakimiyyətinin olması
- Şirkət daxili prosesləri yaxından izləmək bacarığı
- Planlı və müntəzəm hesabatların hazırlanması
- Güclü iş şəraitinə uyğunlaşma bacarığı
- Nəticə yönümlü işləmək bacarığı
- Səyahət maneəsi olmamalı
- Xarici görünüşə önəm verilməlidir
- Komanda yönümlü çalışmağa meyillilik
- Yaradıcı və yeniliklərə açıq olmalıdır
- Yeni müştərilərin axtarışı və cəlb olunması
- Proyektlər üzrə iş
- Rəqiblərin öyrənilməsi və şirkətin strateqiyasını işləyib hazırlanması
- İşgüzar tədbirlərdə şirkətin təqdim olunması
- İşgüzar görüşlərin təşkili və aparılması
- Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabat
- Korporativ şirkətlərlə danışıqların aparılması, müqavilələrin bağlanması
- Korporativ müştərilərin məhsullarının planlaşdırılması və çatdırılması

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.