SATIŞ ÜZRƏ DİREKTOR MÜAVİNİ

1000 - 1500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 30 - 50 yaş
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs Polisan-Azərbaycan MMC
Telefon (012) 514-19-08
E-mail hr@polistar.az
Elanın tarixi 22-07-2021
Bitmə tarixi 22-08-2021
İş barədə məlumat

- Tabeliyində olan işçilərə rəhbərlik etmək
- Satış proqramının hazırlanmasına nəzarət etmək
- Potensial müştərilər ilə əlaqə qurmaq və görüşlər keçirmək və digər satış təmsilçilərinin bu sahədəki işlərinə nəzarət etmək
- Rəqib şirkətlər və onların satdıqları məhsullar haqqında məlumatlı olmaq və rəhbərlik etdiyi digər satış təmsilçiləri ilə bu barədə müzakirələr aparmaq
- Satış gücünü idarə etmək
- İşin səmərəli təşkili üçün satış təmsilçilərinin işini izləmək, onların iş haqqında verdikləri gündəlik, həftəlik və aylıq hesabatlara nəzarət etmək, işin gedişatında yaranan problemləri analiz etmək, problemin yaranma səbəblərini direktora məlumat vermək və problemi aradan qaldırmaq istiqamətində işləmək
- Satış təmsilçilərinin Şirkətin satdığı məhsulları və ya brendi necə təmsil etmələrinə nəzarət etmək, lazım gələrsə, bu istiqamətdə onlara məsləhət vermək
- Şöbəyə yeni təyin olunmuş satış təmsilçilərinə Şirkət, şirkətin strukturu, şirkətin fəaliyyəti, şirkətin satdığı mal və materiallar haqqında ətraflı məlumat vermək
- Satış təmsilçiləri arasında iş bölgüsünü aparmaq
- Satışın satış təmsilçiləri tərəfindən düzgün aparılmasına nəzarət etmək
- Satış prosesini yaxından izləmək və bu prosesin gedişatı barədə direktora məlumat vermək
- Sənədləşmə prosesinə nəzarət etmək. Sənəd (müqavilə, razılaşma protokolu, akt, qaimə faktura və s.) dövriyyəsini izləmək, göndərilən sənədlərin vaxtında qaytarmayan satış təmsilçilərindən sənədləri qaytarmağı tələb etmək
- Şöbədə çalışan işçilərin gördükləri işin effektivliyinin yükləldilməsi istiqamətində işləmək
- Şirkətin keyfiyyət siyasəti və hədəfləri istiqamətində işləməli
- Yeni məhsullar, onların xassələri, digər məhsullardan fərqli cəhətləri barədə şirkət tərəfindən təşkil olunmuş seminar və təlimlərdə mütamadi iştirak etmək
- Tabeliyində olan işçilərin əhval-ruhiyyəsinə nəzarət etməli, işçinin problemini dinləməli və bu barədə rəhbərliyə məlumat verməlidir

- AR ƏM uyğun əmək müqaviləsi
- Həftədə 6 günlük iş qrafiki
- İş vaxtı: 09:00-dan 18:00-dək
- Nahar və korporativ nömrə şirkət tərəfindən verilir

Namizədə tələblər

- Satış (boya, inşaat malları sahəsində) iş təcrübəsi 5 ildən artıq olmalı
- Şirkətin satış siyasətini idarə etmək təcrübəsi olmalı
- Potensial müştərilər ilə əlaqə qurmaq və görüşlər keçirmək bacarığı olmalı
- Rəqib şirkətlər və məhsulları barədə məlumatlı olmalı
- Satış gücünü idarə etməyi bilməli
- Yerli bazarın tələbatlarından xəbərdar olmalı
- Rəhbərlik etdiyi sahə üzrə işin səmərəli gedişatını təmin etməyi bacarmalı
- Kollektivdə işləməyi və işçilər arasında yaranan problemləri həll etməyi bacarmalıdır
- İşçiləri motivasiya etməli
- Yeni məhsullar, onların xassələri, digər məhsullardan fərqli cəhətlərini bilməlidir

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.