SATIŞ TƏMSİLÇİSİ

700 - 800 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 45 yaş
Təhsil Orta
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Cəfərova Ülviyyə
Telefon (012) 505-50-00
E-mail hr@azfish.az
Elanın tarixi 08-08-2022
Bitmə tarixi 08-09-2022
İş barədə məlumat

- Çalışdığı pərakəndə satış məntəqəsinin məhsullarının satışının artırılmasına vəzifə öhdəlikləri daxilində yardımçı olmaq
- Məsul olduğu mağazada satılan məhsullar barədə bilikli olmaq
- Müştərilərin məhsullar barədə hər növ suallarını dəqiq, düzgün və vaxtında cavablandırmaq
- Müştərilər tərəfindən gələn tələb, təklif və şikayətləri yerində qəbul etmək və ya məsul şəxslərə yönləndirmək
- Malların rəflərdəki yerinin standartlara, təyin edilmiş qiymətlərə uyğunluğunu və istifadə müddətinin artma sırasına (FİFO) mütənasib düzülüşünü təmin etmək
- Zədələnmiş, yararsız, texniki göstəriciləri silinmiş və ya istifadə müddəti bitmiş məhsullar aşkar etmək və onları rəflərdən qaldırmaq və ya məsul şəxsi məlumatlandırmaq
- Oğurluq hallarına qarşı ayıq olmaq və mağaza daxilində hər hansı şübhəli hərəkət barədə şirkətin təhlükəsizlik xidməti əməkdaşlarına məlumat vermək
- Anbardan mağaza göndərilən məhsulları SƏTƏM qaydaları çərçivəsində təhlükəsiz şəkildə satış ərazisinə gətirmək
- İş ərazisinin, cihaz və avadanlıqların gigiyena qaydalarına uyğun şəkildə təmizliyini təmin etmək və avadanlıqları texniki istifadə qaydalarına uyğun istifadə etmək
- Müstəsna xidmət göstərmək məqsədilə daim səliqəli, şirkət tərəfindən verilmiş uniformada (təmin olunmadıqda ağ-qara geyimli formada) olmaq, müştərilərə təlimata uyğun gülərüz, yardımsevər, nəzakətlə yanaşmaq və yola salmaq
- Müştərilərə kassada xidmət göstərmək
- Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək
- Qida təhlükəsizliyi üzrə təlimatlara əməl etmək və qida təhlükəsizliyi ilə bağlı uyğunsuzluqlar barədə məsul şəxslərə məlumat vermək

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 6 günlük (növbəli)
- İş yeri: Bakı şəhəri (Baku Caviar Boutique)

Namizədə tələblər

- Orta və ya orta ixtisas təhsili
- Minimum 1 il iş təcrübəsi
- Azərbaycan dili, Rus dili, İngilis dili (arzuolunandır)
- Qida sənayesində, pərakəndə satış üzrə təcrübə
- MS office üzrə biliklər
- Yüksək səviyyədə ünsiyyət bacarıqları, müştərilərlə düzgün davranış qaydaları, komanda ilə işləmə bacarığı

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.