SATIŞ TƏMSİLÇİSİ

400 - 500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 18 - 35 yaş
Təhsil Orta
İş təcrübəsi 1 ildən aşağı
Əlaqədar şəxs Cəfərova Ülviyyə
Telefon (012) 505-50-00
E-mail hr@azfish.az
Elanın tarixi 16-09-2021
Bitmə tarixi 16-10-2021
İş barədə məlumat

- Çalışdığı şöbənin məhsullarının satışının artırılmasına vəzifə öhdəlikləri daxilində yardımçı olmaq
- Məsul olduğu şöbələrdə satılan məhsullar barədə bilikli olmaq
- Müştərilərin məhsullar barədə hər növ suallarını dəqiq, düzgün və vaxtında cavablandırmaq
- İstədikləri məhsulları tapmaqda müştərilərə kömək etmək, onları rəflərə kimi müşayiət etmək və ya lazım gəldikdə əlaqədar işçiyə yönləndirmək
- Müştərilər tərəfindən gələn şikayətləri, narazılıqları, təklifləri müştəri xidmətlərinə və ya məsul şəxslərə yönləndirmək
- Malların rəflərdəki yerinin standartlara, təyin edilmiş qiymətlərə uyğunluğunu və istifadə müddətinin artma sırasına (FİFO) mütənasib düzülüşünü təmin etmək
- Zədələnmiş, yararsız, texniki göstəriciləri silinmiş və ya istifadə müddəti bitmiş məhsullar aşkar etmək və onları rəflərdən qaldırmaq, satış üzrə baş köməkçini və ya məsul şəxsi məlumatlandırmaq
- Oğurluq hallarına qarşı ayıq olmaq və market daxilində hər hansı şübhəli hərəkət barədə mühafizə əməkdaşlarına və ya məsul şəxsə məlumat vermək
- Rəflərdəki və anbardan rəflərə daşıdığı malların keyfiyyətinə nəzarət etmək, son istifadə tarixi yaxınlaşan məhsulları diqqətdə saxlamaq və məsul şəxsləri bu barədə məlumatlandırmaq
- Məhsulları daxili anbardan SƏTƏM qaydaları çərçivəsində təhlükəsiz şəkildə satış ərazisinə gətirmək
- Marketin anbarında, həmçinin ümumi məsul olduğu şöbələrin ərazisində çalışarkən təmizliyə riayət etmək
- İş ərazisinin, cihaz və avadanlıqların gigiyena qaydalarına uyğun şəkildə təmizliyini təmin etmək və avadanlıqları texniki istifadə qaydalarına uyğun istifadə etmək
- Müstəsna xidmət göstərmək məqsədilə daim səliqəli, şirkət tərəfindən verilmiş uniformada (təmin olunmadıqda ağ-qara geyimli formada) olmaq, alıcılara təlimata uyğun gülərüz, yardımsevər, nəzakətlə yanaşmaq və yola salmaq
- Lazım gəldikdə rəhbərliyin göstərişi ilə digər şöbələrdə və marketlərdə əlavə SƏTƏM qaydaları tələb olunmayan müxtəlif tapşırıqları həyata keçirmək
- İstisna hallarda rəhbərliyin göstərişi ilə kassada çalışmaq
- Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək
- Qida təhlükəsizliyi üzrə təlimatlara əməl etmək və qida təhlükəsizliyi ilə bağlı uyğunsuzluqlar barədə məsul şəxslərə məlumat vermək
- İş qrafiki: 6 günlük iş həftəsi,növbəli iş qrafiki

Namizədə tələblər

- Tələb olunan təhsil dərəcəsi: Orta
- Müvafiq sahədə iş təcrübəsi: 1 ilə qədər
- Tələb olunan və ya üstünlük verilən sənaye sektoru: qida
- Vəzifə öhdəlikləri səmərəli şəkildə yerinə yetirmək üçün xüsusi səriştələr və bacarıqları: ünsiyyət bacarıqları, müştərilərlə düzgün davranış qaydaları, komanda ilə işləmə bacarığı
- Tələb olunan texniki bilik və bacarıqları: SƏTƏM qaydaları, məhsullar haqqında ətraflı məlumat
- Dil(lər) bilikləri : azərbaycan dili, rus dili arzuolunandır

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.