SATIŞ MENECERİ

400 - 600 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 20 - 40 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən aşağı
Əlaqədar şəxs B2b Group LLC
Telefon (012) 310-11-78,2222
E-mail hr@b2bgroup.az
Elanın tarixi 11-05-2022
Bitmə tarixi 11-06-2022
İş barədə məlumat

Komandamıza enerjili, özünü inkişaf etdirməyə meyilli gənc əməkdaş axtarırıq. Hər bir əməkdaş bizim üçün unikaldır və hər bir əməkdaşın fikirlərinin biznesimizin inkişafına böyük töhfə verəcəyinə güvənirik. Onu da vurğulayaq ki, səmimi bir iş atmosferimiz var və bizim üçün təcrübəli olmaq əvəzinə təcrübəni qazanmağa, özünü inkişaf etdirməyə meyilli olan gənclər axtarırıq. Səndən (namizəddən) satış planını mütəmadi olaraq yerinə yetirməyini gözləyirik, çünki bu, şirkətin həyatda qalmasını və inkişafını təmin edir
- Bizim menecerimiz, yəni Sən satış işilə həvəslə məşğul olursan. İnsanlara ehtiyac duyduqlarını tapmağa kömək etməyi sevirsən. Mükəmməl bir nəticə verirsən və sənin üçün aylıq maaş hər şeydən öndə deyil - çünki sən özünə güvənirsən, planları yerinə yetirəcəyinə əminsən, bonusunu mütləq qazanacağına da əminsən. Sən məqsədi görürsən, maneələrdə ilişib qalmırsan. Kifayət qədər iddialısan və böyümək istəyirsən. Bunun üçün daim öyrənir, yeni texnologiyalarla tanış olur, hər dəfə məsuliyyət dairəsinə yeni sahələr götürürsən.
Məsuliyyətlər
- Soyuq zənglər vasitəsilə müştərilərin axtarışı
- Daimi müştərilərin qorunub saxlanılması
- Kommersiya təkliflərinin hazırlanması və göndərilməsi
- Məlumatların satınalma şöbəsinə ötürülməsi (sorğular)
- Xüsusi hesabatların aparılması
- Çətin vəziyyətlərin həlli (nadir hallarda olur)
Dəyərlərimiz:
- İnkişaf və davamlı öyrənmək istəyi
- Qayğı göstərmək və kömək etmək istəyi
- Dürüstlük və ədalətli mübadilə
Seçim bir neçə mərhələdə aparılır:
1. CV
2. Üz-üzə müsahibə - “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
3. Rəhbərlə müsahibə
Şərtlər:
- Yalnız əmin olduğumuz yüksək keyfiyyətli mallar satırıq
- Sənə məhsul və texnologiyanı öyrətməyə hazırıq
- Satış texnologiyası üçün skriptlər bu mərhələdə mövcud deyil, ancaq bunları səninlə birlikdə yaradacağıq uğurlu təcrübəni bölüşmək imkanın olacaq
- İş cədvəli: standart 5 günlük 9.00-dan 18.00-dək
Aylıq əmək haqqı: Bilik bacarıqlar nəzərə alınaraq qarşılıqlı razılıq əsasında.

Namizədə tələblər

- Vakansiya sahəsinə uyğun ali təhsil ( üstünlükdür)
- Rus dili, İngilis dili bilməsi üstünlükdür
- Ünsiyyətcil. (Məhsulların təqdimatı, tanıtdırılması və satışını təşkil etmək bacarığı vacibdir)
- Məsuliyyətli
- Yaradıcı
- Microsoft Office (word, excel, power point) proqramlarında sərbəst işləmək bacarığı

CV -ni sayt yazmaq olmaz! ünvanına göndərməyi unutma.
Bizimlə iş şən və perspektivlidir!

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.