SATIŞ MENECERİ

500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 22 - 35 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən aşağı
Əlaqədar şəxs İndiqo MMC
Telefon (050) 532-12-22
E-mail kadr@indigo.az
Elanın tarixi 27-03-2023
Bitmə tarixi 27-04-2023
İş barədə məlumat

Öhdəliklər:
- Ofisə gələn müştərilərin qəbul olunması, onlara xidmət göstərilməsi və yola salınması
- Yeni müştərilərin cəlb olunması üçün telefon zənglərinin olunması, qeydlərin aparılması, görüşlərin alınması
- Müştəri bazasına mütəmadi olaraq yenilik və əlavələrin olunması
- Kommersiya təkliflərinin hazırlanması və göndərilməsi
- Müştəri narazılıqlarının aradan qaldırılması
Dəyərlərimiz:
- İnkişaf və davamlı öyrənmək istəyi
- Qayğı göstərmək və kömək etmək istəyi
- Dürüstlük və ədalətli mübadilə

Seçim bir neçə mərhələdə aparılır:

- CV - bənzər bir təcrübənin varlığına baxırıq
- Doldurulmuş anket forması - cavab sürətinə və anketin məzmununa baxırıq
- Üz-üzə müsahibə - “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
- Rəhbərlə müsahibə
Şərtlər:
-Sifarişi müştəriyə keyfiyyətli və vaxtında çatdırmaq
- Satış planını mütəmadi yerinə yetirmək
- Sənə məhsul və texnologiyanı öyrətməyə hazırıq
- Operativ satış menecerlərimizin aldıqları maksimum illik əmək haqqı (+ bonus) 10000 - 20000 AZN arası. Amma sən daha yaxşı nəticələrə imza ata bilərsən
- Yuxarıda yazılanlarda özünü görürsənsə – geri dönüş et!
- Aylıq fiks əmək haqqı: 400 AZN+bonus

Bu linkə daxil ol və anket formasını doldur. Onu da CV ilə birlikdə [email protected] ünvanına göndərməyi unutma

Bizimlə iş şən və perspektivlidir!

Namizədə tələblər

- “İNDİQO” MMC Azərbaycan mətbəə bazarında 40 ildən artıq təcrübəyə malik olan, ölkənin ən böyük mətbəələrindən biridir
- Bizim müasir standartlarla inşa edilmiş fabrikimiz, ən son texnologiyaya məxsus avadanlıq parkımız var. Bu da bizə keyfiyyətli və sürətli işləməyə və müştərilərin ehtiyaclarını çevik şəkildə qarşılamağa imkan verir
- Hal-hazırda şirkətdə 90-dan artıq işçi çalışır. Hər bir işçimiz unikaldır və biznesin inkişafına böyük töhfə verir - məhsula və proseslərə birbaşa təsir etmək qabiliyyətinə malikdir
- Onu da deyək ki, səmimi iş atmosferimiz var
- Şirkətdə çalışanların 40%-dən çoxu 15 ildən artıqdır ki, bizimlədirlər

Tələblər:
- Biz iş təcrübəsi olan şəxslərlə yanaşı, əmək bazarına yeni qədəm qoymuş gəncləri də nəzərdən keçirməyə hazırıq. Məntiqi düşüncə tərzi, ünsiyyət bacarıqları çox vacibdir!
- Bizim menecerimiz, yəni sən, satış işi ilə həvəslə məşğul olursan, hər zaman gülərüz və pozitivsən! Müştərilərə ehtiyac duyduqlarını tapmağa kömək etməyi sevirsən.
- Mükəmməl bir nəticə verirsən və sənin üçün aylıq maaş hər şeydən öndə deyil - çünki sən özünə güvənirsən, planları yerinə yetirəcəyinə əminsən, bonusunu mütləq qazanacağına da əminsən
- Sən məqsədi görürsən, maneələrdə ilişib qalmırsan
- Kifayət qədər iddialısan və böyümək istəyirsən
- Bunun üçün daim öyrənir, yeni texnologiyalarla tanış olur, hər dəfə məsuliyyət dairəsinə yeni sahələr götürürsən

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.