SATIŞ MENECERİ

300 - 400 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 40 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Ülvi İbrahimov
Telefon (012) 351-30-26
E-mail uibrahimov@ttm.az
Elanın tarixi 31-01-2023
Bitmə tarixi 03-03-2023
İş barədə məlumat

- Aktiv müştəri portfelinin olması və korporativ müştərilərlə əlaqələrin qurulması
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
- İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması
- Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması
- Müştəri ilə təqdimatların keçirilməsi və təkliflərin verilməsi
- Rəqib şirkətlərin bazar payının öyrənilməsi, araşdırılması və analizin aparılması
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması
- Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması
- Maliyyə sənədlərinin müştəriyə göndərilməsi
- Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və rəhbərliyə bildirilməsi
- Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi

İş şəraiti:

- 6 günlük iş həftəsi
- Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Korporativ nömrə
- Yanacaq xərcləri (şəxsin maşını olmalıdır)
- Əmək haqqı ( 345 AZN + satışdan bonus - satışdan aslı olaraq dəyişir)

“TTM SUPPLY” MMC bir idxalçı və topdan satıcı şirkəti olaraq Azərbaycanda 2019-cu ildən etibarən fəaliyyətə başlamışdır
- Şirkətimiz keyfiyyətli məhsulları ilə qısa müddət ərzində ölkə bazarlarında öz mövqeyini tutmuş, müştərilərinin güvənc yerinə çevrilmişdir.
Biz bu gün, ötən illərdə olduğu kimi müştərilərimizə böyük zövq və yüksək dəqiqliklə peşəkar xidmət göstərməyə davam edirik
- Şirkətimizin əsas istiqamətləri tikinti materiallarının, dam örtüyü məhsullarının, xırdavat materiallarının, təsərrüffat mallarının, elektrik mallarının, topdan və pərakəndə satışından ibarətdir. Hədəfimiz alıcıların bizi axtara biləcəyi bütün ünvanlarda onlara yüksək səviyyədə xidmət göstərə bilməkdir
- Şirkətimiz “evinizdəki gözəlliyi bizimlə kəşf edin!” sloqanı ilə ən xırda detalların və məhsullarımızla olan böyük sehrli toxunuşların həm evinizə fərqli görünüş qata biləcəyinizi, həm də evinizin öz gözəlliyini bizimlə kəşf edə biləcəyinizi vurğulayır

Vakansiyaya müraciət üçün CV-ləri “Korporativ satış mütəxəssisi” başlığı ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur

Namizədə tələblər

- Ali təhsil
- Korporativ satış sahəsində minimum 1 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili səlis
- Kompüter bilikləri MS Office
- Planlama bacarığı
- Araşdırma bacarığı
- Ünsiyyətcillik
- Təqdimetmə bacarığı
- Təmsiletmə bacarığı
- Yaş -25-40
- Bəy namizədlərə üstünlük verilir

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.