SATINALMA ÜZRƏ MÜTƏXƏSSİS

800 - 1100 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 30 - 55 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən aşağı
Əlaqədar şəxs Hidayət m
Telefon (012) 488-05-74
E-mail info@progress.com.az
Elanın tarixi 25-11-2022
Bitmə tarixi 25-12-2022
İş barədə məlumat

- Satınalma Şöbə rəhbərinin tapşırıqları çərçivəsində sifarişləri qəbul etmək, üzərində işləmək və müvafiq şəkildə icra etmək
- Sifariş üzrə təqdim edilmiş əlavə sənədləri yoxlamaq, analiz etmək və satınalınması tələb olunan mal-material və xidmətləri təyinatı və tədarükçülər üzrə müvafiq şəkildə qruplaşdırmaq;
- Satınalma sifarişləri əsasında uyğun tədarükçüləri araşdırmaq və məlumatları Şöbə Rəhbərinə təqdim etmək, uyğun tədarükçülərə sorğu göndərmək, sifariş üzrə tədarükçülərlə yazışmaları aparmaq və tez vaxtda tədarükçülərdən ən uyğun qiymət təklifinin alınmasını təmin etmək. Uyğun tədarükçülərlə satınalma müqavilələrini yoxlamaq və hazırlamaq
- Satınalınmış malların anbara mədaxil və məxaricini və tələb olunduqda layihə üzrə əraziyə çatdırılımasını təmin və nəzarət etmək
- Həmçinin tələb olunduqda layihənin icra olunacağı əraziyə baxış keçirmək və satınalmaq üçün tərtib edilmiş mal-material və xidmətlər siyahısının ərazi şərtləri ilə uyğunlaşdırılmasını təmin etmək
- Satınalma işləri çərçivəsində şöbə Rəhbərinin digər tapşırıqlarını icra etmək və sifarişlərin icrası ilə bağlı müvafiq hesabatları hazırlamaq
İş şəraiti:
- Həftə içi hər gün saat 09:00-dan - 18:00-dək
(şənbə və bazar istirahət günüdür)
- Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiyanın adı göstərilməklə [email protected] elektron poçtuna göndərmələri xahiş olunur

Namizədə tələblər

- Ali təhsil (iqtisadi, hüquq və texniki sahələri üzrə olması üstünlükdür);
- Təchizatçı olaraq ən az 1 il iş təcrübəsi;
- Kompüter texnikasından və proqram təminatlarından peşəkar istifadəçi bacarığı (MS Windows 10 və s., MS Office 2019 və s., həmçinin vəzifə öhdəliklərinin icrası üçün tələb olunan digər proqram təminatları)
- Dil bilikləri: Azərbaycan dili (Ana dili), İngilis və Rus dilləri (peşəkar işgüzar səviyyə) və digər dil bilikləri üstünlükdür
- Tələb olunduqda Bakıdan kənara qısa ezamiyyətlərə getmək imkanının olması

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.