SATINALMA, TƏCHİZAT VƏ LOGİSTİKA ÜZRƏ BAŞ MÜTƏXƏSSİ

1400 - 1800 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 35 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Həmidə xanım
Telefon (077) 277-11-79
E-mail hr@ask.gov.az
Elanın tarixi 26-09-2022
Bitmə tarixi 26-10-2022
İş barədə məlumat

- Satınalma prosesinin vaxtında, satınalma planına və qanunvericiliyə uyğun olaraq icra edilməsi
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması)
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili
- Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması
- Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi
- Dövlət satınalmalarının vahid internet portalında müvafiq əməliyyatlar aparmaq
- Tədarükçülərin araşdırılması, əlaqələrin yaradılması
- Satınalmalar planı hazırlamaq və onun tətbiqini təmin etmək
- Tender iştirakçılarının ilkin siyahısını hazırlamaq. Yeni potensial tender iştirakçılarına dair tələbləri müəyyənləşdirmək
- Ödəniş sorğuları və ödənişlərə nəzarətin həyata keçirilməsi
- Rəhbərliyin digər tapşırıqlarının icrası
İş qrafiki: 09:00-dan -18:00-dək
- Bazar ertəsi – Cümə

Namizədə tələblər

- Biznes/Menecment/İqtisadiyyat üzrə ali təhsil (magistr təhsili arzuolunandır)
- Satınalma sahəsində müvafiq olaraq 3 ildən az olmayaraq iş təcrübəsi
- Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə mükəmməl biliklər
- Səlis Azərbaycan dili, İngilis və ya Rus dili bilikləri
- Logistika və anbarların təşkili prinsipləri
- Dövlət satınalmalarının vahid internet portalında işləmə təcrübəsi
- ERP sistemi, Word, Excel, Power Point və Outlook proqramlarını yaxşı səviyyədə bilmək
- CIPS 4 və ya digər beynəlxalq satınalma sertifikatlarına sahib olan namizədlərə üstünlük veriləcəkdir
- INCOTERM ilə işləmək qabiliyyəti                                            

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.