SATICI-KONSULTANT

400 - 500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 22 - 35 yaş
Təhsil Orta
İş təcrübəsi 1 ildən aşağı
Əlaqədar şəxs "AzProduct" MMC
Telefon (012) 310-15-90
E-mail hr@azproduct.az
Elanın tarixi 15-11-2022
Bitmə tarixi 15-12-2022
İş barədə məlumat

- Çalışdığı şöbənin məhsullarının satışının artırılmasına vəzifə öhdəlikləri daxilində yardımçı olmaq
- Məsul olduğu şöbələrdə satılan məhsullar barədə bilikli olmaq
- Müştərilərin məhsullar barədə hər növ suallarını dəqiq, düzgün və vaxtında cavablandırmaq
- İstədikləri məhsulları tapmaqda müştərilərə kömək etmək, onları rəflərə kimi müşayiət etmək
- Müştərilər tərəfindən gələn şikayətləri, narazılıqları, təklifləri müştəri xidmətlərinə və ya məsul şəxslərə yönləndirmək
- Malların rəflərdəki yerinin standartlara, təyin edilmiş qiymətlərə uyğunluğunu və istifadə müddətinin artma sırasına (FİFO) mütənasib düzülüşünü təmin etmək
- Zədələnmiş, yararsız, texniki göstəriciləri silinmiş və ya istifadə müddəti bitmiş məhsullar aşkar etmək və onları rəflərdən qaldırmaq və məsul şəxsi məlumatlandırmaq
- Oğurluq hallarına qarşı ayıq olmaq və market daxilində hər hansı şübhəli hərəkət barədə mühafizə əməkdaşlarına və ya məsul şəxsə məlumat vermək
- Rəflərdəki və anbardan rəflərə daşıdığı malların keyfiyyətinə nəzarət etmək, son istifadə tarixi yaxınlaşan məhsulları diqqətdə saxlamaq və məsul şəxsləri bu barədə məlumatlandırmaq
- Məhsulları daxili anbardan SƏTƏM qaydaları çərçivəsində təhlükəsiz şəkildə satış ərazisinə gətirmək
- Marketin anbarında, həmçinin ümumi məsul olduğu şöbələrin ərazisində çalışarkən təmizliyə riayət etmək
- İş ərazisinin, cihaz və avadanlıqların gigiyena qaydalarına uyğun şəkildə təmizliyini təmin etmək və avadanlıqları texniki istifadə qaydalarına uyğun istifadə etmək
- Müstəsna xidmət göstərmək məqsədilə daim səliqəli, şirkət tərəfindən verilmiş uniformada olmaq, alıcılara təlimata uyğun gülərüz, yardımsevər, nəzakətlə yanaşmaq və yola salmaq
- Lazım gəldikdə rəhbərliyin göstərişi ilə digər şöbələrdə və marketlərdə əlavə SƏTƏM qaydaları tələb olunmayan müxtəlif tapşırıqları həyata keçirmək
- Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək
- Qida təhlükəsizliyi üzrə təlimatlara əməl etmək və qida təhlükəsizliyi ilə bağlı uyğunsuzluqlar barədə məsul şəxslərə məlumat vermək
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət etmək

İş qrafiki: 6 günlük iş qrafiki
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satıcı-konsultant” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Namizədə tələblər

- Təhsil: tələb olunmur
- Təcrübə: Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan sərbəst, rus dili arzuolunandır
Bacarıqlar:
- Satış qabiliyyətli olmalı
- Məsuliyyətli, disiplinli
- Müstəqil işləmə bacarığı
- Dürüstlük
- Peşəkarlıq
- Stresin İdarə edilməsi
- Problem analiz etmə
- Problem həll etmə və əməkdaşlıq bacarıqları
- Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq
- Prosedur və qaydalara riayət etmək
- Operativlik və İcra etmək bacarığı
- Detallara fikir vermə
- Etik davranış qaydalarına əməl etmək
- Dəqiq qrafikə əsasən səmərəli işləmək

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.