SAHƏ RƏİSİ

2000 - 2200 ₼

Əlaqə Məlumatları
Şəhər Goranboy
Yaş 25 - 45 yaş
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs Xəyalə x.
Telefon (012) 310-02-40
E-mail hr@gmco.az
Elanın tarixi 16-06-2021
Bitmə tarixi 16-07-2021
İş barədə məlumat

- Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət edir
- Lahiyənin iş proqramına uyğun olaraq öhdəliyə götürülmüş inşaat istehsalını vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra edir
- Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət edir
- Material, işçi və işçi heyəti, həmçinin podratçının ehtiyaclarını əvvəlcədən müəyyən edərək, Texniki ofis rəhbərinə bildirir və onlardan səmərəli istifadə olunmasını təmin edir
- Obyektlərin inşası üçün Texniki şöbə tərəfindən tələb olunan texniki sənədləşmə işlərini təşkil edir
- Göstərilən iş proqramına uyğun olaraq, təfsilatlı iş proqramı hazırlayır
- Xərclər barədə məlumatları tam şəkildə müəyyən olunan formalarda saxlayır və Texniki ofis rəhbərinə göndərir
- Tərtib edilmiş layihələri yoxlayaraq, tikinti işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək mövzularda tövsiyələr hazırlayır
- Ərazi, nümunələr, sınaq test metodları və istifadə edilən avadanlıqlar ilə bağlı olan təhlükələr və müəssisənin əməyin təhlükəsizliyi prosedurlarını müəyyən edir
- Ərazinin yerini, çıxış imkanlarını, vaxt qrafikini tələblərini müəyyən edir
- Problemləri aradan qaldırır, dəyişiklikləri planlaşdırır və idarə edir
- Mövcud standartlara əsasən keyfiyyətə təminat verir
- Görülmüş işlərin uçotunu aparır,günlük, aylıq, rüblük, illik statistik hesabatlar hazırlayır
- Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsinə rəhbərlik edir

İş vaxtı :
- Həftənin 6 günü, 08:00-dan 18:00-dək

Namizədə tələblər

- Ali təhsil - (Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sənayə və Mülki tikinti (PQS)
- Qeyd olunan vakansiya üzrə ən azı 5 (beş) il iş təcrübəsi;

Bilməlidir:
- Tikinti sahəsində qabaqcıl təcrübə və müasir metodlardan istifadə etmək
- Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri, həmçinin tikinti istehsalının texnologiya və təşkilini, sahədə işin aparılması prinsiplərini
- Sahədə və ya obyektdə istehsal təsərrüfat fəaliyyətini müəyyən edən metodiki, normativ və başqa göstərici materiallarını
- Tikinti istehsalatının təşkili və texnologiyasını, tikilməli obyektlərin layihə-smeta sənədlərini, tikinti norma və qaydalarını
- Tikinti quraşdırma işlərinin aparılması və qəbuluna qoyulan texniki şərtləri
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.