İş barədə məlumat- Növbə üzrə istehsalat tapşırıqlarının (iş və xidmətlərin) yerinə yetirilməsini, məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarəti təmin edir
- Laçın şəhərində yaşayış yeri və nahar yeməyi şirkət tərəfindən qarşılanacaq
- İş qrafiki: 6 gün olacaq 09:00-dan - 18:00-dək iş saatlarıdır
- Avadanlığın fasiləsiz olaraq tam gücü ilə işləməsinə, istehsalın vaxtlı-vaxtında material və enerji ehtiyatları ilə təmin edilməsinə, avadanlıqların və başqa əsas vəsaitlərin düzgün texniki istismarına, xammal, yanacaq və materialların qənaətlə istifadəsinə operativ nəzarəti həyata keçirir
- İstehsalın gedişində qarşıya çıxan xətaları aradan qaldırır
- Əmək məhsuldarlığının artırılması, məhsula sərf olunan əməyin, məhsulun maya dəyərinin aşağı salınması üçün əlavə istehsalat ehtiyatlarından istifadə yollarını axtarıb tapır və təşkil edir
- İstehsalın planlaşdırılması, normalaşdırılmanın yaxşılaşdırılması, iş yerlərinin təkmilləşdirilməsi, qabaqcıl üsulun və metodların yayılması işində iştirak edir
- Növbənin istehsalat fəaliyyətinin nəticələrini, avadanlığın boşdayanma və buraxılan məhsulun (iş və xidmətin) keyfiyyətinin aşağı düşməsi səbəblərini təhlil edir, üzə çıxan qüsurları aradan qaldırmaq üçün tədbirlərin işlənməsində və tətbiqində iştirak edir
- Məhsulun iş yerlərində hərəkətinin və istehsal tapşırıqlarının yerinə yetirilməsinin operativ uçotunu aparır
- İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına nəzarət edir
- Təhvil-təslim zamanı bütün avadanlıqların işlək və saz vəziyyətdə olmasına diqqət yetirir
- Növbə ərzində baş verə biləcək qüsur və qəzalar haqqında dərhal rəhbərliyə məlumat verir
- Təhvil verdiyi növbənin sonunda görülən işlərin hesabatını hazırlayıb istehsalat rəisinə təqdim edir