RİELTOR

500 - 2000 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 55 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Mətanət Rəsulova
Telefon (012) 488-66-01
E-mail info@caspro.az
Elanın tarixi 12-01-2022
Bitmə tarixi 12-02-2022
İş barədə məlumat

Daşınmaz əmlak bazarında müasir trendlərə uyğun inkişaf edən "CASPRO" şirkəti hər növ daşınmaz əmlakın idarə edilməsi, satışı, kirayəsi, qiymətləndirilməsi və ekspertizası üzrə konsaltinq xidmətləri təklif edir.
Biz, sahibkarlıq ruhuna sahib olan ağıllı, bacarıqlı, calışqan və işindən zövq almağı bacaran Xanımları və Bəyləri komandamıza dəvət etmək və uzun illər birlikdə çalışmaq istəyirik.
Daşınmaz əmlak sektoru ilə maraqlanan və bu sektorda korporativ səviyyədə ixtisaslaşmaq, karyera qurmaq, daimi olmaq, və YÜKSƏK gəlir sistemində öz qazancını özü təyin etmək istəyənlər bizə müraciət edə bilərlər.
Daşınmaz Əmlak Sektoru və Rieltor peşəsi haqqında sizə, hər şeyi öyrədəcəyik. Yeni başlayanlar üçün mütəmmadi olaraq təlimlərimiz var
Yalnız şəkilli CV-lərinizi göstərilən e-mail ünvanına göndərin. Uyğun namizədlər müsahibəyə dəvət olunacaq.

- Təyin olunmuş ərazi üzrə müxtəlif tipdə daşınmaz əmlak obyektləri üzrə baza yaradılması
- Orta və premium seqmentdə daşınmaz əmlakın cəlb edilməsi və məlumat bazasının aparılması
- Fəaliyyət planına uyğun gündəlik zənglər etmək, görüşlər və təqdimat etmək, alıcı və satıcı müştərilər üçün təkliflər hazırlamaq
- CRM sistemində satıcı və alıcıların məlumat bazasını qurmaq, davamlı olaraq sayını artırmaq
- Müştəri məmnuniyyətinə diqqət yetirməklə, davamlı müştəri sayını artırmaq
- Alıcı müştərilər üçün, lazımı təklif bazası hazırlamaq, uyğun portfelləri göstərmək
- Şirkətə və ya birbaşa özünə müraciət edən alıcı və satıcı müştərilərin sorğuların tez bir zamanda cavab verərək müştərilərin ehtiyaclarına cavab verən təkliflər təqdim edərək satış və kirayə əməliyyatlarının bağlanması
- İş Şəraiti
- Biz Aylıq Sabit Maaşla işləyəcək işçi axtarmırıq. Müştərilər hər bir satış və kirayə əməliyyatı üçün xidmət haqqı ödəyirlər. Ödəmə planı sizin göstərdiyiniz nəticəyə uyğun dəyişir
- Minimum əməliyyatın 50%-i
- Korporativ mobil telefon nömrə
- Şəhərin mərkəzində hər bir şəraiti olan müasir ofis
- CRM Sistemi, geniş müştəri bazası
- Rəsmi müqavilə
- Yüksək gəlir və karyera perspektivi
- Hər tərəfli hüquqi dəstək

Namizədə tələblər

Bu vakansiya aşağıda göstərilən tələblərə uyğun gələn Xanımlar və Bəylər üçün nəzərdə tutulur
- Ali təhsil
- Potensialına və bacarığına güvənən olmalı
- İşləmək və qazanmaq arzusu, aktiv həyat mövqeyi olmalı
- Satışı və insanlarla işləməyi sevən, görəcəyi işin qarşılığı qədər qazanmaq və inkişaf etmək istəyən
- Məqsədyönlü, təşəbbüskar, enerjili, iddialı və səbirli olmaq
- Sağlam düşüncə sahibi, xarakter sahibi, nizam-intizamlı, özünə inam vacibdir
- Fərdi və komandada işləmək bacarığı
- Ən azı bir xarici dil bilmək
- Səlist şifahi və yazılı nitq qabiliyyəti, xoş görünüş, istənilən səviyyədə ünsiyyət qurma bacarığı, nəticələrə diqqət yetirə bilmək
- Şəxsi avtomobilin olması arzuolunandır

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.