RESEPŞN

300 - 400 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 18 - 35 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Healthfit Crosstraaning Center
Telefon (012) 530-90-60
E-mail hr@healthfit.az
Elanın tarixi 09-06-2022
Bitmə tarixi 09-07-2022
İş barədə məlumat

Öhdəliklər:
- Fitness mərkəzinə gələn və gedən qonaqların qəbulu, onların qeydiyyatı
- Daxil olan zənglərin cavablandırılması və təyinatı üzrə istiqamətləndirməsi
- Bütün müştərilərə/qonaqlara xüsusi diqqətlə yanaşmaq və onlara yüksək keyfiyyətli xidmətin, nəzakətli davranışın, gülərüzlü qarşılamanın, diqqətin və yardımın göstərilməsinin təmin edilməsi
- Rəhbərlik və şirkət əməkdaşlarının müəyyən olunmuş işlərinə dəstək olmaq
- Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmalıdır
- Əmək və nizam-intizam qaydalarına riayət etməlidir
- İşinə həvəslə yanaşmalı, yaradıcı, enerjili, intizamlı təşkilatçılıq, kommunikabellilik nümayiş etdirməli, peşəsi ilə bağlı yeni texniki biliklər və təcrübələr toplamalı

- İş qrafiki növbəli : - 6/7 iş qrafiki, növbəli iş rejimi : 07:00-dan /15:00-dək; 15:00-dan /23:00-dək; 23:00-dan /07:00-dək
- Nahar şirkət tərəfindən təmin olunur
- Təlim və inkişaf məsələlərində şirkət dəstəyi
- Mərkəzin xidmətlərindən tam pulsuz yararlanma
- Azərbaycan Respublikasının Əmək qanunvericiliyinə uyğun olaraq sənədləşmə
- Ə/h 350 azn + Bonus
Ünvan: Tbilisi pr., 1058, Yasamal rayonu, Bakı şəhəri

Namizədə tələblər

- Ali təhsil və ya vəzifə üzrə orta ixtisas təhsili
- Müvafiq vəzifə üzrə 1-3 il iş təcrübəsi
- Azərbaycan və rus dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı
- Mükəmməl əlaqə qurmaq və ünsiyyət bacarıqları
- Komandada işləmək qabiliyyətinə malik olmaq
- Ofis proqramları ilə işləmək bacarığı
- Dəqiqlik, dürüstlük, təmizkarlıq və məsuliyətlilik
18-35 yaşlarında, səliqəli xarici görünüşə, gülərüz ünsiyyətə və etika qaydalarına riayət etmə bacarıqlarına malik olan Xanım və Bəy namizədlər olmalıdır

DİQQƏT!!!: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan və şəkilsiz "CV" - lərə baxılmayacaq.
“Reception” yazaraq öz Şəkilli CV-lərini sayt yazmaq olmaz! e-mail ünvanına göndərə bilərlər.

Qeyd:

Göstərilən tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində (Reception) göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.