RESEPŞN

300 - 400 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 21 - 25 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən aşağı
Əlaqədar şəxs Nərmin Hüseynova
Telefon (012) 437-00-11
E-mail cv@avrasiyabaku.az
Elanın tarixi 15-09-2021
Bitmə tarixi 15-10-2021
İş barədə məlumat

- Müştəriləri qarşılanması və sənədlərin qəbulu
- Daxil olan və çıxan sənədlərin qəbulu, qeydiyyatı və lazımi yerə çatdırıması (poçtla, kuryerlə, elektron poçtla və s.)
- Şirkətə gələn zənglərin qəbul edilməsi və yönləndirilməsi
- Gələn məktubların qəbul edilməsi və yönləndirilməsi
- Rəhbərliyin telefon danışıqlarını təşkil etmək, mail göndərmək və rəhbərlik olmadığı vaxtda daxil olan məlumatlarıqeyd etmək və düzgün şəkildə rəhbərliyə çatdırmaq
- Problemləri sürətli həll etmək bacarığı
- Tərcüməçilərin iş qrafikini planlaşdırmaq və sifarişləri düzgün şəkildə bölüşdürmək, bu barədə rəhbərliyi daim məlumatlandırmaq
- Şirkətlərlə korporativ yazışma etikası əsasında yazışmalar aparmaq
- Beynəlxalq yazışmalar aparmaq
- Rəhbərliyin birbaşa tapşırıqlarının yerinə yetirilməsi
- Ofislərin cari təsərrüfat fəaliyyəti ilə bağlı lazımi işlərin görülməsi
İş şərtləri
- İş vaxtı 09:00-dan 19:00-dək
- İş günü 6/1 (bazar günü istirahət günü)
- Şirkət tərəfindən korporativ nömrə verilir
- Əmək haqqı 300-400 AZN

Namizədə tələblər

- Yalnız xanım namizədlər
- Yaş: 21-25
- Təhsil: Ali (filologiya, tərcüməçilik, dilçilik sahələri üzrə məzun olanlara üstünlük veriləcəkdir).
- İş təcrübəsi: təcrübə tələb olunmur
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis dil bilikləri mütləqdir
- Düzgün qrammatik şifahi və yazılı bacarıq mütləqdir.
- Rahat şəkildə Mc Office proqramlarında işləmək bacarığı (Word, Excel mütləqdir).
- Eyni anda bir neçə işi görmək bacarığı
Şəxsi keyfiyyətlər
- Mehriban, xoşgörünüşlü və ünsiyyətcil
- Stressədavamlı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Məlumatlandırıcı qeydlər
Xahiş edirik CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur.
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini (şəkilsiz CV-lərə baxılmayacaq) sayt yazmaq olmaz! -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Resepşn” qeyd etmələri xahiş olunur.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.