İş barədə məlumatProsys MMC-nin ERP proqram təminatı məhsullunun tətbiqi və inkişaf etdirilməsi istiqamətində SCRUM komandasında ERP Product Owner rolunu icra edərək aşağıdakı öhdəliklərin yerinə yetirilməsi:
- Sifarişçinin nümayəndələri ilə analitik müsahibələrin aparılması, sifarişçinin tələblərinin müəyyən edilməsi və təhlili
- Biznes tələblərin qeydə alınıb analiz olunaraq SCRUM komandasına ötürülməsi
- Mövcud olan informasiya sistemlərinin/
proqram təminatının ekspertizasının aparılması
- Texniki tapşırıq, texniki təklif və digər analiz sənədlərinin hazırlanması (Funksional spesifikasiyanın yazılması və yaradılması)
- Proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri
- Texniki tapşırıqların SCRUM komandası ilə müzakirə edilməsi
- Tələblərin izlənilməsi
- Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi
- Biznes tələblərinə görə hesabatların hazırlanması
- Yeni funksionallığın test olunması
- Proqram təminatlarında lazımi konfiqurasiyaların aparılması
- Daim yeni texnologiyalar haqqında bilik sahibi olması
- Sifarişçilərə məhsulların təqdimatının keçirilməsi
- İş vaxtı: həftənin 5 günü
- Saat 09:00-dan-18:00-dək
- İstirahet günləri: şənbə, bazar
- Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq
Qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Proqram təminatının tətbiqi üzrə mühasib” yazaraq CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər
Namizədə tələblər
- Mühasibatlıq sahəsində 10 illik təcrübə
- Baş mühasib sahəsində 5 illik təcrübə
- Maliyyə və mühasibatlıq(ERP) proqram təminatının istifadəsində 10 illik təcrübə
- Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti
- İT analitik, Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi
- Komandada işləmək, individual qərarlar alabilmək və stres altında işləyə bilmək
- Biznes və texnologiyanın tələblərini anlamaq
- Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq
- Proqram təminatının inkişaf etdirilməsi prosesi haqqında biliklər
- Agile və SCRUM haqqında biliklər
- Rus/İngilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər
- SQL üzrə biliklər
- Balsamiq Wireframes, Jira, MS - Office Visio proqram təminatlarını yaxşı bilmək
- Problemlərin həll edilə bilməsi və analitik təfəkkür