ORACLE MƏLUMAT BAZASININ KİÇİK İNZİBATÇISI

400 - 600 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 22 - 24 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən aşağı
Əlaqədar şəxs Natiq m.
Telefon (012) 310-35-20
E-mail info@timgroup.az
Elanın tarixi 26-04-2021
Bitmə tarixi 26-05-2021
İş barədə məlumat

TİM Group Azərbaycan, Gürsüstan və Orta Asiyada innovativ proqram təminatlarının hazırlanması və eyni zamanda dünyanın aparıcı istehsalçıları və texnoloji şirkətləri ilə yüksək səviyyəli iş birliyi quraraq onların ən son texnoloji məhsullarının tətbiqi ilə məşğuldur.

Biz çox yaxın gələcəkdə müxtəlif təşkilatlara "Məlumatlar Bazasının Konsaltinqi" bölməsinin yaradılması üçün mütəxəssis hazırlığına başlayırıq.

TİM Group olaraq "Oracle Məlumat bazasının kiçik inzibatçısı" kimi Sizi komandamıza dəvət edirik.

Peşəkar komandamıza qoşulun və yaradıcı, dinamik, korporativ mədəniyyət üçün fərqli imkanlardan zövq alın. Əminik ki,şərtlərimiz və rahat iş mühiti Sizin individuallığınızı nümayiş etdirməyə, bacarıq və qabliyyətlərinizi həyata keçirtməyə, əvəzsiz təcrübə qazanmağa və komandamızın ayrılmaz bir hissəsi olmağınıza imkan yaradacaq.

İşiniz nədən ibarətdir?

- Müxtəlif sahədə fəaliyyət göstərən təşkilatlar üçün qurulmuş mövcud bazaların strukturu ilə tanışlıq
- Proqramçı mühəndislərlə bilgi paylaşımı edərək biznes prosesləri anlamaq
- Yeni və dəyişən biznes proseslərə uyğun məlumat bazalarında dəyişikliklər həyata keçirmək
- Yeni bazaların qurulması və sazlanması
- Bazaları mütəmadi olaraq nəzarətdə saxlamaq

- Şirkət Demirchi Towers-da yerləşir.
- Mehriban-dürüst iş şəraiti və kollektiv.
- Sertifikatların alınması üçün (OCA, OCP vəs) ödənişlərin qarşılanması
- Karyera yüksəlişi - uğurlu namizəd gələcəkdə müxtəlif təşkilatlara "Məlumatlar Bazasının Konsultinqi Xidməti"nin rəhbəri vəzifəsinə qədər yüksələ biləcəkdir
- Mükafatlandırma

- İş qrafiki: I-V günlər, 09:00-dan 18:00-dək, VI gün 10:00-dan 16:00-dək
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə

Namizədə tələblər

- Dövlət ali təhsil müəssisələrinin məzunları (Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi, Tətbiqi riyaziyyat, Fizika, Elektronika, Telekommunikasiya və digər mühəndis ixtisasları üzrə)
- Oracle və ya digər DBMS-lərdən hər hansı üzrə baza biliklər
- SQL, PL/SQL üzrə baza biliklər
- Yüksək səviyyəli məntiqi-analitik düşüncə qabiliyyəti
- Azərbaycan dilində fikrini rahat ifadə etmə bacarığı
- Texniki ingilis dili mütləqdir
- Komandada işləmə bacarığı olmalı
- Aktiv, məsuliyyətli,stressə davamlı, işində dəqiq, ünsiyyət qurma bacarığı olan, inkişaf etməkdə israrlı olan namizədlər müraciət edə bilər

CV-lərinizi sayt yazmaq olmaz! ünvanına göndərin.

CV-ləri göndərərkən başlıq yerinə “Oracle Məlumat bazasının kiçik inzibatçısı” qeyd etməyi unutmayın.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.