OFİSİANT

500 - 600 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 18 - 30 yaş
Təhsil -
İş təcrübəsi 1 ildən aşağı
Əlaqədar şəxs İnsan resursları
Telefon (050) 291-77-35
E-mail hr@pizzamizza.az
Elanın tarixi 05-06-2024
Bitmə tarixi 05-07-2024
İş barədə məlumat

- Müştərilərin qarşılanması və xidmət edilməsi
- Menyuda olan bütün məhsulların çeşidi, qiyməti və həmin məhsulların tərkibi, mövcud aksiyalar haqqında müştərilərə düzgün məlumatı təqdim etmək
- Sifarişi düzgün qaydada qəbul etmək
- Hesabı düzgün qaydada təqdim etmək və qəbul etmək
- Müştəri ilə standartlara uyğun nəzakətli şəkildə ünsiyyətin qurulması və müştərilərə yüksək səviyyədə xidmət göstərilməsi
- Masaların təmizlənməsini, masa üstü avadanlıqların düzgün qoyuluşunu icra etmək
- Müştərilər tərəfindən edilən şikayət/etirazları səbrlə dinləmək və müsbət həllini icra etmək
- Orta çekin artırılmasınını təmin etmək
- Yemək və içkilərin hazırlanmasını izləmək və vaxtında müştərilərə çatdırmaq
- Restoranın bütün iş proseslərində aktiv iştirak etmək
- Lazım gəldikdə, müxtəlif vəzifələrdə komanda üzvlərinə kömək etmək
- Zalın təmizliyinə və səliqəli saxlanılmasına cavabdeh olmaq
- Restoranın sanitariya və təhlükəsizlik qaydalarına riayət etmək

İş şəraiti:
- Mehriban və gənc kollektiv
- Karyera yüksəlişi imkanı
- İş vaxtı qrafikə əsasən- tam iş günü, 6 günlük, səhər və axşam saatlarında növbələr
- Nahar və forma şirkət tərəfindən təmin olunur
- Ofisiant müştərilərdən alınan bəxşiş pulunu şəxsi gəlir kimi özündə saxlayır
- Əlavə iş saatı ödənilir

Namizədə tələblər

- Müvafiq sahədə iş təcrübəsi arzuolunandır
- Səlis nitqi olmalı
- Yüksək səviyyədə ünsiyyət bacarıqları və müştəri yönümlü yanaşma.
- Filiallar üzrə yerdəyişmələrə hazır olmalı
- Azərbaycan dili səlis, ingilis və ya rus dil biliyi arzuolunandır
- Gülərüz, nəzakətli, ünsiyyətçil, yüksək xidmət göstərmək bacarığı olmalı
- Komanda ilə işləmək bacarığı olmalı
- Fəal, məsuliyyətli, punktual, stressə davamlı olmalı
- Fərqli növbələrdə işləmək bacarığı.
- Şəbəkə daxilində müxtəlif filiallarda işləmək üçün hazırlıqlı olmalı

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.