İş barədə məlumat- Gündəlik kargüzarlıq işinin təşkili və ofis daxili işlərin yerinə yetirilməsi, yönləndirilməsi zamanı icrasına nəzarət
- Rəhbərliyin göstəriş və tapşırıqlarına müvafiq olaraq şirkət daxili kargüzarlıq işlərinin səmərəli təşkili, sənədlərin sistemləşdirilməsi və qeydiyyatının aparılması
- Şirkət daxili sənəd mübadiləsinin idarə olunması
- Ofis üçün alınan təsərrüfat və ərzaq mallarının sifarişinə və düzgün icra edilməsinə nəzarət etməli
- Müdriyyətin və şirkət işçilərinin səfərləri zamanı aviabiletlərin müvafiq sirkətlərdən alışının təskil olunması və otel bronlaşdırılması
- Şirkət avtomobilləri üçün sürücülərə aylıq yol vərəqələrinin yazılması
- HR işlərində lazımı hallarda köməklik göstərilməsi
İş rejimi:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
- Həftə içi 5 gün (Bazar ertəsi-cümə)
- Saat : 09:00-dan -18:00-dək
- Nahar vaxtı 12:30-13:30
- Ünvan : Bakı şəhəri,Xətai Rayonu,Ələddin Quliyev küç 11/31
- Əmək haqqı: 650 Azn
Vakansiya üçün müraciət etmək istəyən uyğun namizədlər öz CV formasını [email protected] elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “ Ofis meneceri” sözləri qeyd edilməlidir)
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılıb müsahibə mərhələsinə dəvət olunacaq
Namizədə tələblər
- Ali təhsil
- Xanım namizəd !
- Yaş həddi : 25-35
- Müvafiq və oxşar vəzifədə minimum 3-5 il iş təcrübəsi
- Azərbaycan və türk dilində səlis danışıq qabiliyyəti( Rus və ingilis dili biliyi üstünlükdür)
- Ofis proqramlarında (Excel, Word, PowerPoint) yaxşı səviyyədə işləmək bacarığı
- Ofis avandanlıqlarından sərbəst şəkildə istifadə etmə bacarığı
- Aktiv və çalışqan, komanda ilə işləmək bacarığına malik olmalı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq,analitik düşüncə kimi müsbət göstəricilərə sahib olmalı
- Xoş görünüşlü və ünsiyyətcil
- Təşəbbüskar, qərar qəbul etmə bacarığı,stressli situasiyanın idarə olunması bacarığına sahib olmalıdır