OFİS MENECERİ

500 - 800 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 22 - 50 yaş
Təhsil
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Rasim m
Telefon (012) 310-08-80
E-mail cv@irix.az
Elanın tarixi 10-06-2022
Bitmə tarixi 10-07-2022
İş barədə məlumat

Əgər Namizədə tələblər bölməsindəki bilik və bacarıqlar sizdə varsa və Vəzifələr bölməsində qeyd olunan vəzifələri icra edə biləcəyinizə əminsinizsə cv-nizi [email protected] ünvanına göndərə bilərsiniz. CV göndərərkən mütləq olaraq məktubun mövzu yerində vakansiyanın adı və sizi qane edən əmək haqqını qeyd etmək lazımdır. Əks halda sizin namizədliyinizə baxılmaya bilər. Aktiv vakansiyaya müraciət etdiyiniz halda CV-ni göndərdikdən sonra 7 iş günü ərzində sizə məlumat bildirilməzsə əlaqə saxlayıb namizədlyiniz barədə məlumat ala bilərsiniz. Əgər müraciətiniz təcrübə əldə etmək üçündürsə bu barədə müraciətinizdə bildirməlisiniz. Əks halda iş səriştəniz olmadığı üçün namizədliyiniz nəzərə alınmaya bilər.

İşin məzmunu
Bu vəzifədə olan əməkdaşımız ofisdə baş verən bütün prosesslərdən məlumatlı olmalıdır. Hazırlanmalı və çatdırılmalı olan sifarişlərin vaxtında hazır olmasını diqqətdə saxlamalı, gecikmə və ya hər hansı problem yaranarsa aidiyatı şəxsləri məlumatlandırmalı, təhvil-təslim və ödəniş üçün lazımi sənədləri hazırlamalı, ofisin kargüzarlıq işlərini təmin etməlidir. Sifarişlərin ödənişlərini nəzarətdə saxlamalı, lazım gəldikdə ödənişlər və sənədlərin geri alınması üçün müştərilərlə danışmalıdır. Bütün alış, satış və ödənişlərin qeydiyyatını şirkətin CRM/ERP sistemində aparmalıdır. Bəzən lazım gələrsə rəhbərliyin tapşırığına əsasən müştərilər və ya vendorlarla danışıqlar və yazışmalar aparmalıdır.

Vakansiya üzrə vəzifələr
- Ofisin və mağazanın səliqə səhmanda qalmasına nəzarət
- Zənglərin cavablandırılması, müştərilərin və qonaqların qəbulu
- Qiymət cədvəllərinin yenilənməsi və müştərilərə göndərilməsi
- Zəng edən müştərilərin məhsul və xidmətlər, onların faydaları barədə məlumatlandırılması
- Tender elanlarının izlənməsi və lazımi tender sənədlərinin hazırlanması
- Daxil olan sorğuların və tenderlərin CRM/ERP sistemdə qeydiyyatı
- Təklif etdiyimiz məhsul və xidmətlər haqqında texniki məlumatların öyrənilməsi
- Sifarişlərin qəbulu və təhvili, sifarişlərin hazırlanma prosessinə nəzarət
- Məhsul və pul giriş çıxışının CRM/ERP sistemdə qeydiyyatı
- Sifarişlər və ödənişlər üçün kargüzarlıq və sənədləşmə işlərinin təşkili (müqavilə, hesab faktura, e-qaimə və s.)
- Məhsul və xidmətlər haqqında məlumatların saytda yerləşdirilməsi və yenilənməsi
- Həftəlik və aylıq görülmüş işlər və növbəti planlar barədə hesabatların hazırlanması

- İş vaxtları: Bazar ertəsi – Cümə – 9:00-dan 18:00-dək
- Əmək haqqı: Stabil əmək haqqı + bonus
- AR əmək məcəlləsinə uyğun qeydiyyat
- Bir aylıq ödənişli sınaq müddəti
- Məhsul və xidmətlər haqqında treninqlər

Namizədə tələblər

- Sərbəst danışıq səviyyəsində Azərbaycan və Rus dili, Upper Intermediate səviyyədə İngilis dili
- Güclü kompüter istifadəçisi, ofis proqramları və sərbəst internet istifadəçisi bilikləri, sürətli çap
- İşgüzar geyim və davranış tərzi, səlis nitq və danışıqlar aparma bacarığı
- Dəqiqlik, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq
- Müəyyən Photoshop və sosial media bilikləri (bilənlərə üstünlük verilir, bilməyənlər öyrədilir)
- Təqdimat, maraqlandırmaq və inandırmaq bacarıqları
- İT sferasında təcrübəsi olanlara üstünlük verilir
- Öyrənməyə və inkişafa meyillilik
- Satışını etdiyimiz məhsulların texniki göstəricilərinin və funksionallıqlarının öyrənilməsi məcburidir (bilənlərə üstünlük verilir, bilməyənlər öyrədilir)

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.