İş barədə məlumat- Nümunələri müəyyən edilmiş proseduraya əsasən qeydiyyatdan keçirmək
- Nümunə qablarını müəyyən edilmiş proseduraya əsasən hazırlamaq
- Sahə işləri departamentinin daxili təchizatına nəzarət etmək və uyğun sifarişlərin vaxtında icrasını həyata keçirmək
- Uyğun tapşırıqların planlanmasında iştirak və vaxtında icrasına nəzarət etmək
- Sahə işləri departamentinin işçilərinə elektron sənədləşmə işlərində köməklik etmək
- Laboratoriyada keyfiyyətin təminatı və keyfiyyətə nəzarət üzrə menecerin və layihə rəhbərlərinin vəzifəyə uyğun digər tapşırıqları yerinə yetirmək
- İş zamanı keyfiyyətə nəzarət tədbirlərini həyata keçirmək və qeydləri aparmaq
- Problem aşkar olunduqda dərhal aidiyyəti şəxslərə məruzə etmək və problemin aradan qaldırılmasında iştirak etmək.
İş şərtləri:
- İş qrafiki: həftənin 5 iş günü (Bazar ertəsi-Cümə)
- Ehtiyac olduqda, layihələrdən asılı olaraq dəyişən qrafik ilə işləmək imkanı
- İş yeri: Azecolab Company MMC. Ünvan: Səbayil rayonu, Səlyan şossesi, 32, Bakı, Azərbaycan.
- İş saatları: 08:30-dan - 17:00-dək
Qeyd:
- Nəqliyyat şirkət tərəfindən təmin olunur
- Təcrübə müddəti ödənişlidir
- Təcrübə proqramı 2 ay müddətini əhatə edəcək
- Təcrübə müddətini uğurla keçmiş təcrübəçilər Şirkətdə vakansiya yarandığı təqdirdə işlə təmin olunacaqlar. Və ya gələcəkdə yaranan vakansiyalarda ilkin olaraq nəzərə alınacaqlar
Namizədə tələblər
- Ali təhsil və ya orta ixtisas təhsili (texniki sahələr üzrə)
- 1 ilə yaxın iş təcrübəsi və ya təcrübəsi olmayan
- Azərbaycan dili, İngilis dili (yaxşı)
- MS Office proqramları, Outlook
- Yüksək qavrama və öyrənmə qabiliyyəti
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
- Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirmək bacarığı.
- Şirkətin daxili qayadalarına riayət etmə və nizam-intizamlı olma
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Nümunələrin qeydə alınması üzrə texnik” yazaraq sayt yazmaq olmaz! ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Bitmə tarixini 30 avqust 2024