MÜŞTƏRİ XİDMƏTLƏRİ ŞÖBƏSİNİN HÜQUQŞÜNASI

500 - 600 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 40 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Məhsəti Tağızadə
Telefon (012) 940
E-mail recruiting@ateshgah.com
Elanın tarixi 11-01-2022
Bitmə tarixi 11-02-2022
İş barədə məlumat

- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı : həftə içi 5 gün /09: 00-dan 17:30 dək
- Sabit əmək haqqı 500-600 AZN (müsahibə əsnasında)
- Fəaliyyət nəticələrinin qiymətləndirilməsi əsasən bonus sistemi

Məlumatlandırıcı qeydlər
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur.
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Müştəri xidmətləri şöbəsinin hüquqşünası ” qeyd etmələri xahiş olunur.
“Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir.
Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar iş gününü maraqlı və faydalı edir.
Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.

Namizədə tələblər

Müştəri xidmətləri şöbəsinin hüquqşünası
Namizədə tələblər
- Yaş: 22-35
- Təhsil: Ali hüquq təhsili mütləqdir.
- İş təcrübəsi: İxtisas üzrə 1-2 il iş təcrübəsi olan Arzuolunandır
- Mülki, Mülki prosesual, İnzibati Xətalar, İnzibati prosesual, Sığorta qanunvericiliyini və diqər qanuvericilikləri bilən
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili
- Kompüter bilikləri, Microsoft office proqramları

Əsas vəzifə öhdəlikləri
- Müştəriləri qəbul etmək, müştərilərdən daxil olan ərizələrin qəbulu, qeydiyyatını aparmaq (ehtiyac yarandıqda)
- Sığorta hadisələrini tənzimləmək məqsədi ilə məktublar, sorğular tərtib etmək
- Təqdim olunan sənədlərin ekspertizasını aparmaq
- Sığorta aktları və yaxud imtina məktubları tərtib etmək
- Müştərilərin iddia və şikayətlərinə cavab məktublarının tərtibi
- Sığorta hadisələrinin tənzimlənməsi prosedurlarının yaradılmasında iştirak
- Öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək

Şəxsi keyfiyyətlər
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı
- Təhlil və araşdırma qabiliyyətinə malik olmaq
- Müşahidə və ilkin təhqiqat aparmaq vəridşlərinə malik olmaq

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.