MÜŞTƏRİ TƏCRÜBƏSİ ÜZRƏ KİÇİK MÜTƏXƏSSİS

300 - 400 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 20 - 25 yaş
Təhsil Natamam ali
İş təcrübəsi 1 ildən aşağı
Əlaqədar şəxs Aysel x
Telefon (055) 202-71-55
E-mail cv@cib.business
Elanın tarixi 17-01-2022
Bitmə tarixi 17-02-2022
İş barədə məlumat

Vəzifə öhdəlikləri:
Cibbiznes tətbiq istifadəçilərinin məhsul ilə bağlı olan istək və ehtiyaclarının müəyyən olunması.
Mövcud və potensial müştərilər arasında müxtəlif sorğuların keçirilməsi, sorğuların nəticəsində Müştəri Təcrübəsini yaxşılaşdıracaq və optimallaşdıracaq təklif və planların hazırlanması.
“Müştərinin Həyat Yolu” marketinq yanaşmasına müvafiq olaraq Müştərinin tətbiqdən istifadə tezliyini, müddətini və ödəniş həcmini artıracaq təklif və planların hazırlanması.
Müştərilərin Çağrı Mərkəzinə, sayt, məhsulun təmsil olunduğu internet resurslarda və sosial media kanalları üzərindən daxil olan şikayət, istək və iradlarının mütəmadi araşdırılması, zərurət olduğu halda Müştəri Təcrübəsini yaxşılaşdıracaq və optimallaşdıracaq təklif və planların hazırlanması.
Məhsulun brend dəyərlərini, mövqeləndirilməsini və rəqabət üstünlüklərini Müştəri Təcrübəsində əks etdirəcək təkliflərin və həllərin hazırlanması.
Komanda üzvlərinin sorğularına əsasən yeni məhsul hazırlanması və ya yenilənməsi prosesində Müştəri Təcrübəsi ilə bağlı ətraflı arayışların və təkliflərin verilməsi.

İş şəraiti:
- İş qrafiki : Həftənin 5 günü 9:00 dan 18:00 dək
- Şənbə və bazar günləri qeyri iş günüdür
- AR Əmək məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı : Müsahibə əsasında razılaşdırılacaq.

Namizədlərdən CV-lərini “Müştəri Təcrübəsi üzrə Kiçik Mütəxəssis” mövzusu ilə [email protected] e-mail adresinə göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Namizədə tələblər

- Müştəri ilə ünsiyyət qurma, müştəriləri analiz etmə bacarığı
- Araşdırma və problemləri müəyyən etmə bacarığı
- Kreativ yanaşma
- Bakalavr dərəcəsi (marketinq, idarəetmə, psixologiya ixtisasları üzrə)
- Üstün rəqəmsal bilik və bacarıqlar
- Müştəri xidmətləri üzrə iş stajı arzu olunandır
- Rus dili biliyi arzuolunandır

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.