MÜHƏNDİS-SMETAÇI

1200 - 1600 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 30 - 60 yaş
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs Tamila x
Telefon (012) 567-16-06
E-mail hr@ricon.az
Elanın tarixi 14-10-2021
Bitmə tarixi 14-11-2021
İş barədə məlumat

- Obyektin layihələndirmə tələblərini bilmək
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı
- Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək
- Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq
- Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərin edilməsi
- Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək
- Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi
- Layihəyə dair aylıq texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi)
- Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması
- Sahələrdən gələn texniki hesabatların yoxlanması
- Layihədəki büdcə risklərin analizi
- Mal-material və ya ehtiyac olunan avadanlıqların hesabatının aparılması
- Tikinti zamanı hazırlanan akt və jurnalların aidiyyəti üzrə təmin edilməsi
- Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək
- Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək
- Layihə-smeta sənədlərinin aidiyyatı üzrə dövlət qurumlarından müvafiq razılaşdırmaların və rəylərin alınmasında iştirak etmək həmçinin prosesə uyğun iş tamamlananadək işləməsinə nəzarət etmək və təsdiq olunması üçün hazırlamaq
- İdarənin özünün tikintiləri üçün, podrat təşkilatlarını layihə-smeta sənədləri ilə təmin etmək
- Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin hazırlanması
- Başa çatmış tikinti-quraşdırma işlərinin qəbulunda iştirak etmək
- Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək
- İş qrafiki 5 günlük

Namizədə tələblər

Bilməlidir
- Tikinti materiallarının növləri və xüsusiyyətlərini
- Tikinti texnologiyasını
- Tikinti norma və qaydalarını, material sərfi normalarını
- Smeta sənədlərinin hazırlanması üçün ümumi tikinti işlərin həcmlərinin təhlili və hesablanmasını
- Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri
- Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktları bilməlidir

Namizədə tələblər
- Ali təhsil (müvafiq sahədə)
- Müvafiq sahədə iş təcrübəsi tikinti şirkətlərində 5 ildən az olmamaq şərtilə
- Komputer bilikləri: MS Office, AutoCad

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.