MÜHASİB ÜZRƏ MÜTƏXƏSSİS

400 - 600 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 22 - 30 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Nağıyev Fərhad
Telefon (070) 240-30-03
E-mail l.rahimova@horizongroup.az
Elanın tarixi 01-02-2023
Bitmə tarixi 01-03-2023
İş barədə məlumat

Vəzifə öhdəlikləri:
- Mühasibat və vergi uçotu üzrə ilkin sənədləşmələrin (Kassa mədaxil və məxaric orderlərinin, təhvil-təslim aktlarının, alğı-satqı və borc müqavilələrinin, razılaşma protokollarının, Ödəniş tapşırıqlarının, üzləşmə aktlarının yazılması) təşkili
- Gündəlik e-qaimələrin (satış, qaytarma) yazılması və gələn e-qaimələrin yoxlanıb təsdiq edilməsi
- Online kargüzarlıq vasitəsi ilə vergi orqanı və digər vergi ödəyiciləri ilə yazışmaların aparılması
- Bank (malsatanlara, büdcə təşkilatlarına, işçilərə əməkhaqqı ödənişləri) , ƏDV DH ödəniş, kassa (gündəlik kassa satışları üzrə mədaxil və məxaric orderlərinin tərtibatı) əməliyyatları
- Alış və satış (nomenklatura üzrə), bank, kassa, əməkhaqqı hesablanması və ödənişi əməliyyatlarının 1C Mühasibat proqramına daxil etmək
- İşçilərin işə qəbulu, işdən azad edilməsi ilə bağlı əməliyyatların və sənədləşmələrin təşkili (o cümlədən sığorta, son haqq-hesab, məzuniyyət və.s)
- Vergi, DSMF, Statistika hesabatlarını təqdim etmək
- Rəhbərliyə və müştərilərə (sahibkarlara) ələb edilən məlumatların verilməsi

İş şərtləri:
- İş qrafiki:
- Həftənin 5 günü, 09:00-dan-18:00-dək
- Əmək haqqı: müsahibə əsasında
- İş yeri: Bakı şəhəri

Namizədlər CV-ni mövzu yerində “Əməliyyatçı mühasib” başlığı yazmaqla [email protected] e-mail ünvanına göndərə bilərlər
Əlaqəli şəxs: Nağıyev Fərhad (070 240 30 03)

Namizədə tələblər

- Ali təhsil: (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat üzrə)
- Cinsi: qadın
- Yaş: 22-30 yaş
- Dil bilikləri: Azərbaycan dili – mükəmməl (rus və ingilis dili – orta səviyyədə bilmək üstünlükdür)
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Sosial Sığorta haqqında qanun, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və.s digər qanunvericilik aktlarının sahə üzrə maddələri haqqında məlumatlı olmaq
- Müxtəlif dövlət elektron portallarında işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes, e-customs və s.)
- Mühasibatlıq sahəsində 1 illik iş təcrübəsi
- ƏDV, ÖMV, Mənfəət (Gəlir) vergisi, Sadələşmiş vergi, Əmlak vergisi bəyannamələrini, DSMF, İTS, İS üzrə vahid bəyannaməni, Statistika hesabatlarını hazırlayıb təqdim etmək bacarığı
- Balans, Mənfəət və Zərər, Pul vəsaitlərinin hərəkəti, Kapital dəyişiklikləri haqqında hesabatların tərtib edilməsini bacarmaq (İkili yazılışı bilmək mütləqdir)
- Mühasibat 1C/8.3 proqramı üzrə işləmək bacarığı
- MS Office proqramları (Word, Excel,Outlook), xüsusilə Excel proqramında işləmək bacarığı
- Çalışqan, ünsiyyətcil, problemləri həll etmə bacarıqlarına malik olmaq
- Komandada və müştərilər (sahibkarlar) ilə işləmək bacarığı
- Dəqiqlik, məsuliyyətlilik, düzgünlük, etibarlılıq, riyazi və analitik düşüncə qabiliyyəti kimi göstəricilərə sahib olmaq

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.