İş barədə məlumatAvropa Yenidənqurma və İnkişaf Bankının “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”-nın akkreditasiyasını almış, mühasibat xidməti, biznes plan və investisiya layihələrinin tərtibi, şirkət təsisi və qeydiyyatında, marketinq və bazar araşdırılması aparılmasında, iqtisadı-hüquqi, sahibkarlara və sahibkar qurumlarına məsləhət (konsaltinq) xidmətlərində 32 illik təcrübəyə malik «Small Medium Enterprises» MMC şirkəti “Mühasib-Təcrübəçi” axtarışındadır
(web: https://smeltd.az/ )
Kadr siyasəti
- SME MMC şirkətinin öz sahəsində daim inkişaf etməsi üçün istedadlı işçilərin seçilməsi, təlimləndirilməsi və dinamik inkişafı kadr siyasətimizin əsas məqsədidir
- SME MMC şirkəti kadr seçimi zamanı əsasən gənc və perspektivli kadrları öz sıralarına cəlb etməyə çalışır
- Şirkət gənc kadrların peşəkar və karyera inkişafı üçün geniş imkanlar təklif edir
- SME MMC şirkətində çalısmaq Azərbaycanın ən dinamik və perspektivli konsaltinq şirkətlərinin birində öz karyerasını praktiki olaraq sıfırdan qurmaq üçün şans əldə etmək deməkdir
Təcrübə müddətində oyrənilələcək vəzifə öhtəlikləri
- Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkili
- Vergi və mühasibat uçotunun aparılması
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, Qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
- Debitor və kreditor hesablaşmaların aparılması
- Əmək haqqı, məzuniyyətlərin hesablanması
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: bazar ertəsi - cümə
- İş saatı:09:00-dan 18:00-dək
-Təcrübə müddəti ərzində aylıq ödəniş 100-300 təşkil edir, təcrübəni uğurla bitirən təcrübəçi, işə qəbul olunacaq
Namizədə tələblər
- Yalnız xanım kandidatlar müraciət etsinlər
- Dil bilikləri: Azərbaycan (əsas), İngilis (mükəmməl)
- Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və audit)
- Cins : Qadın
- Yaş həddi: 22-30
- MS Office bilikləri
- Öyrənməyə və inkişafa yüksək həvəs
- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi sayt yazmaq olmaz! elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın “Mühasib-Təcrübəçi” adını qeyd etməyiniz xahiş olunur.