MÜHASİB-OPERATOR

600 - 800 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 23 - 33 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Nağıyev Fərhad
Telefon (012) 458-58-54
E-mail hr@horizongroup.az
Elanın tarixi 08-08-2022
Bitmə tarixi 08-09-2022
İş barədə məlumat

Vəzifə öhdəlikləri:
- Mühasibat və vergi uçotu üzrə ilkin sənədləşmələrin (Kassa mədaxil və məxaric orderlərinin, təhvil-təslim aktlarının, alğı-satqı və borc müqavilələrinin, razılaşma protokollarının, Ödəniş tapşırıqlarının, üzləşmə aktlarının yazılması) təşkili
- Gündəlik e-qaimələrin (satış, qaytarma) yazılması və gələn e-qaimələrin yoxlanıb təsdiq edilməsi
- Online kargüzarlıq vasitəsi ilə vergi orqanı və digər vergi ödəyiciləri ilə yazışmaların aparılması
- Bank (malsatanlara, büdcə təşkilatlarına, işçilərə əməkhaqqı ödənişləri) , ƏDV DH ödəniş, kassa (gündəlik kassa satışları üzrə mədaxil və məxaric orderlərinin tərtibatı) əməliyyatları
- Alış və satış (nomenklatura üzrə), bank, kassa, əməkhaqqı hesablanması və ödənişi əməliyyatlarının 1C Mühasibat proqramına daxil etmək
- Debitor və kreditor borclarının, alınmış və verilmiş avansların gündəlik uçotu
- İşçilərin işə qəbulu, işdən azad edilməsi ilə bağlı əməliyyatların və sənədləşmələrin təşkili
- Rəhbərliyə tələb edilən məlumatların verilməsi
İş şərtləri:
- İş qrafiki:
- Həftənin 6 günü, 09:00-dan 18:00-dək
- Əmək haqqı: müsahibə əsasında
- İş yeri: Maştağa ŞTQ

Namizədə tələblər

Tələb olunan göstəricilər:
- Ali təhsil: (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat üzrə)
- Cinsi: qadın / kişi
- Yaş: 22-30 yaş
- Dil bilikləri: Azərbaycan dili – mükəmməl. (rus və ingilis dili - orta səviyyədə bilmək üstünlükdür)
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Sosial Sığorta haqqında qanun, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və.s digər qanunvericilik aktlarının əlaqəli maddələri haqqında məlumatlı olmaq
- Elektron portallarda işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes, e-customs və s.)
- Mühasibatlıq sahəsində azı 1 illik iş təcrübəsi
- Balans, Mənfəət və Zərər, Pul vəsaitlərinin hərəkəti, Kapital dəyişiklikləri haqqında hesabatların tərtib edilməsini bacarmaq
- Mühasibat 1C/8.3 proqramını yüksək səviyyədə bilmək
- MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilmək bacarığı
- Çalışqan, ünsiyyətcil, problemləri həll etmə bacarıqlarına malik olmaq
- Komanda və müştərilər ilə işləmək bacarığı
- Dəqiqlik, məsuliyyətlilik, düzgünlük, etibarlılıq, yüksək riyazi və analitik düşüncə qabiliyyəti kimi göstəricilərə sahib olmaq

Namizədlər CV-ni mövzu yerində “Əməliyyatçı mühasib” başlığı yazmaqla sayt yazmaq olmaz! e-mail ünvanına göndərə bilərlər.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.