İş barədə məlumat- Vergi məcəlləsinin və milli mühasibat uçotu standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunu qurur.
- Proseslərin optimallaşdırılması və avtomatlaşdırılması üçün təkliflər verir, mühasibat uçotunun düzgün əks etdirilməsini təmin edir, operativ məlumatları təqdim edir və mühasibat (maliyyə) hesabatlarını müəyyən edilmiş müddətlərdə tərtib edir.
- Əməliyyatların mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsinə nəzarət edir.
- Xəzinə, təsərrüfat və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatlarının və hesab-fakturaların uçotunun aparılmasına nəzarət edir.
- Mal hərəkətinin uçotunu aparır, inventarizasiyaları keçirir, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarını nəzarətdə saxlayır, mühasibat proqramında operativ uçotu təmin edir.
- Müəssisənin aktiv və passivlərinin, debitor və kreditor borclarının, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin uçotunu həyata keçirir.
- Vergiləri və DSMF ayırmalarını düzgün hesablamaq və vaxtında dövlət büdcəsinə köçürülməsini təşkil edir.
ƏDV, Mənfəət, DSMF, Statistika və digər mühasibat hesabatlarını hazırlayır və aidiyyəti orqanlara göndərir.
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədləri, habelə alış, satış və vergi ödənişlərini təsdiq edən sənədləri saxlayır.
- Maliyyə itkilərinin qarşısının alınması və vergi problemlərinin həll edilməsi üçün tədbirlər görür, vergi cərimələrinin silinməsi ilə məşğuldur.
- Şirkətin yaradılması, bank hesabının açılması, möhürün alınması, Asan İmza və digər müvafiq əməliyyatları həyata keçirir.
- Mühasibat və vergi sahəsində məsləhət xidmətləri göstərir.
- İşçilərin ərizə və əmrlərinin hazırlanmasını, əmək müqavilələrinin bağlanmasını və portalda qeydiyyatını təmin edir.
- Məzuniyyət və ezamiyyətlərin hesablanmasını və sənədləşdirilməsini həyata keçirir.
- Əmək haqqının və əmək haqqından tutulmaların hesablanmasını təmin edir.
- Yerli və xarici mal satan və podratçılarla müqavilələrin hazırlanmasını təmin edir.
- Bank ödənişlərinin icrası üçün sənədləri hazırlayır, elektron qaimə-fakturaları hazırlayıb göndərir.
- Əlavə Dəyər Vergisi Bəyannaməsinin verilməsi və əvəzləşdirmənin aparılması ilə məşğuldur.
- İdxal və ixrac yük gömrük bəyannamələri ilə işlər aparır, cari vergi arayışlarını təqdim edir.
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq şəkildə yerinə yetirir.
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasını keçirir.
- Ödənişləri nəzarətdə saxlayır, “internet banking” vasitəsilə hesablara nəzarət edir və ödəmələri həyata keçirir (ölkədaxili və ölkəxarici).
- Gördüyü işlərlə bağlı aylıq hesabatlar tərtib edir və maliyyə hesabatlarını (balans hesabatı, mənfəət və zərər hesabatı, pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlayır.
- Məxfilik prinsiplərini pozmadan işini yerinə yetirir.
- İş şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: 09:00-dan -18:00-dək (5 günlük iş rejimi)
- Əmək haqqı 1500-2000 Azn
- Ünvan: Baki şəhəri, Səbail rayonu, İçəri Şəhər, 6-cı Böyük Qala Döngəsi, 11 (AZ1001)
Namizədə tələblər
- Təhsil: ali təhsil (mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə)
- Təcrübə: Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi
- Azı 5 il özəl sahənin və ya local consultinq sahəsində mühasiblik təcrübəsi olmalıdır
- Vergi qanunvericiliyini və Milli Mühasibat uçotunu mükəmməl bilməli, dəyişiklikləri izləməli və zamanında tətbiq etməlidir
- Beynəlxalq Mühasibat uçotunu bilməsi arzuolunandır
1C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi (İstehsal, satış, maliyyə və s.)
- Azərbaycan dili mükəmməl, rus və ingilis dili biliyi arzuolunandır
- Excel proqramında yüksək səviyyədə işləmə bacarığı
- Analitik düşüncə proqnoz etmə bacarıqları,
- Sertifikat: PMS və ya DipİFR
- Məsuliyyətli, stressə davamlı
- Problem həll etmə bacarıqları
- Təqdim etmə bacarığı
- Detallara diqqət
- Komanda ilə işləmək bacarığı
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı
- Müştərilər ilə peşəkar kommunikasiya bacarıqları.