İş barədə məlumat- ƏDV, SV, Mənfəət, DSMF, Statistika və sair hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
- Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsinin təmin edilməsi
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
- Müqavilələrin redaktə edilməsi və düzəldiməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərinin tərtib edilməsi
- Elektron qaimə fakturaları hazırlamaq və göndərmək
- Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq
- Bank əməliyyatlarını həyata keçirmək
- Əmək haqqı hesablanması, işçi tabelinin işlənməsi
- Mövcud şirkətdaxili qaydalara müvafiq sənədləri,eləcə də kreditorlarla bağlı öhdəliklərə dair hesabatları hazırlamaq və kreditorlara öhdəlikləri haqqında məlumat vermək
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: 5 günlük 09:00-dan - 18:00-dək
- İstirahət günü: şənbə və bazar günləri
- İş yeri: Ziya Bünyadov 11 (Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti yaxınlığı
Namizədə tələblər
- Müvafiq sahədə ali və ya orta təhsil
- Mühasibatlıq sahəsində minimum 1 (bir) il iş təcrübəsi
- Kompüterdə, həmçinin, MS Office proqramlarında (Excel,Word) işləmək bacarığı
- Riyazi və analitik bacarıq
- Məsuliyyət və işində dəqiqlik
- Komanda ilə işləmə bacarığı
Qeyd: Konsaltinq təcrübəsi və xanım namizədlərə üstünlük veriləcəkdir.
Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən tənzimlənəcək