MÜHASİB

1000 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 35 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Arzu xanım
Telefon (012) 310-35-03
E-mail office@csgroup.az
Elanın tarixi 06-03-2024
Bitmə tarixi 06-04-2024
İş barədə məlumat

- İlkin sənədlərin qəbulunu və işlənməsini həyata keçirir, onlara nəzarət edir (əmtəə-nəqliyyat qaimələri, kassa sənədləri, kontragentlərlə olan müqavilələr)
- Ödəniş tapşırıqları və ya internet bankçılıq vasitəsilə daxili və xarici ödənişlərin icra edilməsi
- Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- Debitor-Kreditor cədvəlinin hazırlanması
- Online kargüzarlığa daxil olan məktubların mütamadi yoxlanılması və lazım gəldikdə cavablandırılması
- E-Qaimələrin tərtib edilməsi və müvafiq reyestrin aparılması
- Şirkət fəaliyyəti: konsaltinq – mühasibatlıq və maliyyə, HR və hüquqi xidmətlər

İş şəraiti:
- İş vaxtı: 09:00-dan - 18:00-dək
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Əmək haqqı: 1000 AZN (gross)
- Ünvan: Zərifə Əliyeva küç.55, Yeni Hayat Plaza
- Şirkət tərəfindən korporativ nömrə verilir

Namizədə tələblər

- Ali təhsil (iqtisadiyyat, maliyyə, mühasibatlıq və digər əlaqəli sahələrdə)
- Yaş həddi: 25-35 yaş aralığında
- Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi
- Azərbaycan dilində və rus dilində mükəmməl danışıq və yazı qabiliyyəti, ingilis dili üstünlükdür
- MS Office proqramlarında sərbəst işləmə bacarığı (xüsusilə word, excel)
- Vergi Qanunvericiliyi üzrə biliklər
- E-qaimə fakturalarının, VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə və e-gov.az , e-taxes.gov.az proqramı ilə işləmə bacarığı
- Sənədlərlə səliqəli işləmə bacarığı (qovluqlarda sənədlərin düzgün və səliqəli yerləşdirilməsi)
- Komanda ilə işləmə bacarığı
- Səliqəli klassik iş geyimi (dress code)

Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə müraciət etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi sayt yazmaq olmaz! elektron ünvanına göndərməyiniz xahiş olunur

Əks təqdirdə müraciətinizə baxılmaya bilər

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.