MÜHASİB

800 - 1100 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 45 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs "NN Business Group" İnsan Resursları şöbəsi
Telefon (012) 555-99-99
E-mail info@nnbusinessgroup.az
Elanın tarixi 24-03-2023
Bitmə tarixi 24-04-2023
İş barədə məlumat

Əsas vəzifə və öhdəliklər:

- Cəmiyyətin fəaliyyəti ilə bağlı vergi qanunvericiliyi ilə müəyyən edilmiş zəruri sənədlərin tərtib etmək və vergi orqanlarına təqdim etmək
- Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatını təqdim etmək
- Vergi və digər orqanlardan daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
- Maliyyə-mühasibatlıq sənədlərin düzgün və vaxtında rəsmilləşdirilməsini həyata keçirmək;
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
- Statistik hesabatların təhvil verilməsi üçün məlumatları hazırlanmasında iştirak etmək
- Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət
- Bank, əməkhaqqı sənədlərinin işlənməsi, işçilərlə hesablaşmaların təmin edilməsi
- Hesablanmış və ödənilmiş əmək haqqının uçotunun aparılması və sənədlərin tamlığına nəzarət
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi;
- Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu təşkil etmək
- İlkin mühasibat uçotu sənədlərinin, E-qaimələrin uçotunun aparılması
- Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsi
- Cəmiyyətin bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılmasını təmin etmək
- Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsini icra etmək
- Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-maddi aktivlərin, təsərrüfat mallarının, material ehtiyatların və hesab-fakturaların uçotunun aparılması
- İnventarizasiya işinin təşkilində iştirak etmək
- Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi

İş şəraiti:
- Həftəiçi 5 gün saat 09:00-dan -18:00-dək
- Əməkhaqqı 800-1200 Azn
- İş yeri: Lökbatan qəs.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Mühasib” yazmaqla, öz CV-ni [email protected] ünvanına göndərə bilərlər

Namizədə tələblər

- Ali təhsil
- "Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu bilmək
- Azərbaycan Respublikası Vergi Məcəlləsini bilmək
- Xidmət və satış sahəsində mühasib kimi 3 il iş təcrübəsi
- 1C, Microsoft Office, vergi və muhasibatlıq proqramlarında işləmə bacarığı
- Yüksək analitik düşüncə və problemləri həll etmə bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.