MÜHASİB

600 - 800 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 24 - 35 yaş
Təhsil Natamam ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Elçin
Telefon (012) 440-85-76
E-mail info@microtech.az
Elanın tarixi 28-09-2022
Bitmə tarixi 28-10-2022
İş barədə məlumat

- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
- BTP proqramı, 1C 8.2 və 8. 3 proqramında sərbəst işləmək təcrübəsi (istehsal və satış və s, e-gov.az , e-taxes.gov.az və digər portallardan istifadə etmək)
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata kecirmək
- Bank və kassa əməliyyatlarının düzgün aparilmasına nəzarət
- E-Qaimə fakturalarının və VHF yazılması gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.E-portal proqramı ilə işləmək
- ƏDV,ÖMV ,sadələşmiş gəlir ,mənfəət , DSMF, Statistika ,məşğulluq və hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
Gömrük işlərinin aparılması, məhsulların rəsmi sənədləşməsinə nəzarət
- Daxil olan pul vəsaitlərinin mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
- Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin ,mal qalığının, vergi öhdəliklərinin , gəlir və xərclərinin və s uçotunun həyata keçirilməsi
- İş rejimi 5 günlükdür

Namizədə tələblər

- Ali təhsil
- Azərbaycan dilində mükəmməl rus və ingilis dilini orta səviyyədə bilmək
- Microsoft Office proqramlarını əsasən də Excel proqramını yaxşı səviyyədə bilmək.
- Azərbaycanin Əmək məcəlləsinin, Vergi məcəlləsinin və tələb edilən qanunvericilik sahələrini bilmək
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
- Əmək haqqı hesabların xərclənməsinə, ştat cədvəlinə, tabel və sair sənədlərə ciddi riayət olunmasına nəzarət etmək
- Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
- İşçilərlə hesablaşmaların təmin edilməsi
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
- Aylıq, rüblük və illik Vergi, DSMF və digər dövlət orqanlarına müvafiq hesabatların hazırlanması və təqdim edilməsi
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyət hesablanması
- Bank və kassa əməliyyatlarının mədaxil və məxarici
- Xarici Bank hesabların ödənişin həyata keçirilməsi
- Gündəlik olaraq Bank və ƏDV depozit hesabının yoxlanılması
- Vergi bəyannələrinin hazırlanması
- Üzləşmə aktlarının hazırlanması
- Debitor və kreditor borc üzrə hesabatların hazırlanması
- E-qaimələrin yazılması
- Direktorun digər tapşırığlarını yerinə yetirmək
- Tender/Kotirovkalarda iştirak etmək üçün sənədlərin vaxtın yenilənməsi və təmin edilməsi.
- Rəsmi qeydiyyat
- İşçinin işə qəbulu və xitam verilməsi

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.