MÜHASİB

600 - 800 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 47 yaş
Təhsil Natamam ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs "Maybo" MMC
Telefon (012) 433-17-96
E-mail adviser@maybo.az
Elanın tarixi 05-09-2022
Bitmə tarixi 05-10-2022
İş barədə məlumat

- İş saatı: həftə içi hər gün saat 09:00-dan 18:00-dək, şənbə günləri saat10:00-dan 13:00-dək
- Nahar fasiləsi 13:00-dan 14:00-dək
- AR əmək məcəlləsinə əsasən rəsmiləşdirilmə

Namizədə tələblər

- Mal-Materialın, ATKƏ, əsas vəsaitlərin uçotunun aparılması, mədaxili, istismarı, , yerdəyişməsi, məxarici və amortizasiya hesablanması
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyə ilə bağlı hesablaşmaların uçotu
- Ştat cədvəli tutulması, əməyin ödənişi üzrə tarifləşmə, əmək haqqı fondunun yaradılması, hesablanması, işçilərlə hesablaşmaların uçotu
- Bank-Kassa əməliyyatlarının həyata keçirilməsi
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
- Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabatlarında əks etdirilməsi
- Müqavilələrin, protokolların və ödəmə hesablarının hazırlanması, yoxlanılması və müştərilərə təqdim edilməsi
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
- Vergi, DSMF, Statistika, Məşğulluq idarəsinə hesabatlarının hazırlanması və təqdim edilməsi
- E-Qaimə daxili faktura, EVHF,hesab - fakturaların tərtib olunması və göndərilməsi
- Elektron hökumət portalında Gömrüklə, ƏƏSMN HR bağlı işə qəbul, yerdəyişmə, xitam və digər əməliyyatların aparılması
- Mühasibatla bağlı sənədlərinin proqram təminatına daxil edilməsi, uçotunun aparılmasının nəticəsi ilə bağlı hesabatların hazırlanması
- Yerli mühasibat uçotu qanunvericiliyinə görə maliyyə hesabatlarının tərtib edilməsi-1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (e-gov.az,e-taxes.gov.az və digər portallardan istifadə etmək )
- Excel, Word proqramlarından yaxşı istifadə etmək
- E-taxes.gov.az, stat.gov.az portallarindan yaxşı istifadə etmək bacarığı
- Mühasibatlıq sahəsi üzrə 5 il iş təcrübəsi- Namizədin Rus dilini bilməsi arzuolunandır
- Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
- Analitik düşüncə və təhlil bacarığı
- Peşəsinə yüksək motivasiya ilə yanaşma
- Səbrli,məsuliyyətli və gərgin iş rejimində çalışma qabiliyyəti
- Kollektivdə işləmə bacarığı

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.