MÜHASİB

1000 - 1500 ₼

Əlaqə Məlumatları
Şəhər Sumqayıt
Yaş 25 - 50 yaş
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs Cəlal Əliyev
Telefon (018) 654-09-09
E-mail office@muradltd.az
Elanın tarixi 06-10-2021
Bitmə tarixi 06-11-2021
İş barədə məlumat

Rəsmi qurumlar qarşısında mükəlləfiyyətlərə uyğun olaraq vergi və statistik hesabatların hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq qurumlara təqdim olunması
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi
- Bank hesabları, kassa qalığı və ƏDV deposit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşləmərin həyata keçirilməsi
- Uçot sənədlərinin arxivləşdirilməsini təmin etmək
- Şirkətin maliyyə-uçot fəaliyyətində aktiv iştirak etmək və ehtiyac duyduqda lazımi təklifləri irəli sürmək
- Həftədə 6 iş günü, saat 09:00-dan 18:00-dək

Namizədə tələblər

- Ali təhsil
- Mövcud sahədə ən az 5 il təcrübəsi
- Əmək Məcəlləsi, Vergi Məcəlləsi, müvafiq normativ-hüquqi sənədlər
- MS Office, xüsusilə Excell
- 1C proqramlarında sərbəst işləməyi bacarmalıdır
- Məsuliyyətli, dəqiq və peşakar
- Rus dili
- İdxal ilə bağlı mühasibat işlərinin sənədləşdirilməsi
- BTM proqramı, e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
- ƏDV,ÖMV, sadələşmiş gəlir, mənfəət, DSMF, statistika, məşğulluq və lazım olan digər aylıq, rüblük, illik hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
- E-qaimə, vergi hesab fakturaların tərtib edilərək göndərilməsi
- Kassa və bank əməliyyatları və ödəniş tapşırıqlarının hazırlanması
- Əmək müqavilələrinin və xidməti müqavilələrin hazırlanması
- Əmək haqqının, məzuniyyətin, ezamiyyənin, xəstəlik vərəqəsinin hesablanması və ödənilməsi, gəlir və xərclərin idarə olunması
- Vergi orqanları ilə yazışmalar
- Mal materila ehtiyatlarının və əsas vəsaitlərin alışı ilə bağlı sənədlərin yığılması və proqrama daxil edilməsi
- Mal hərəkətinin uçotu və inventarizasiyası və s.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.