METAL QURAŞDIRICISI

600 - 900 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 55 yaş
Təhsil Orta texniki
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs İR şöbəsi
Telefon (012) 446-49-47,1117
E-mail hr@bakushipyard.com
Elanın tarixi 18-01-2023
Bitmə tarixi 18-02-2023
İş barədə məlumat

- İş qrafiki: 5 gün, 08:00-dan-17:00-dək
- Yeni tikilən, eləcə də təmirə gələn gəmilərdə, platformalarda texniki spesifikasiyalara əsasən metal quraşdırma işlərini həyata keçirmək
- Ona təhkim edilmiş alət və avadanlıqları texniki cəhətdən saz vəziyyətdə saxlamaq
- İş qrafikindən əlavə iş saatları qanunvericiliyə uyğun olaraq maaşa əlavə hesablanır
- Xüsusi mühafizə vasitələri, nahar və nəqliyyat zavod tərəfindən təmin edilir

- Maraqlanan namizədlər [email protected] e-mail ünvanına CV göndərə bilərlər. CV göndərən şəxslər mövzu yerində müraciət edilən vəzifənin adını göstərməlidirlər

Namizədə tələblər

- Metalların material tərkibi haqqında məlumatı olmalı
- Metal quraşdırma konstruksiya işlərinin icrası üçün iş alətlərindən istifadəni bacarmalı
- İşlə bağlı çertyoj və planı oxumağı və izah etməyi bacarmalı
- Çertyoj əsasında detalları kəsməyi, uyğunlaşdırmağı,yerləşdirməyi və tərkib hissələrini quraşdırmağı bacarmalı
- Tətbiq olunan odluqların, reduktorların, balonların istifadə olunma qaydalarını, nəzarət-ölçü cihazlarının təyinatını və
tətbiqi şərtlərini bilməli
- Zavodun təhlükəsizlik qaydalarına əməl etməli və öhdəlik götürməli
- Ağır sənayedə metal konstruksiyası sahəsində 3-5 illik iş təcrübəsi
- Əlavə iş vaxtında və növbəli iş rejimində işləmək imkanı olmalı
- Kollektivdə işləmə bacarığı
- Verilən tapşırıqları vaxtında, təhlükəsiz və keyfiyyətlə yerinə yetirməli

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.