MENECER

300 - 800 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 19 - 35 yaş
Təhsil Natamam ali
İş təcrübəsi 1 ildən aşağı
Əlaqədar şəxs Kənan m
Telefon (012) 555-56-46
E-mail hr@miner.az
Elanın tarixi 04-05-2021
Bitmə tarixi 04-06-2021
İş barədə məlumat

Miner Azerbaijan, kriptovalyuta sektorunda fəaliyyət göstərən və kriptovalyuta mayn etmək üçün gərəkli avadanlıqların satışı, təmiri və proqram təminatı xidmətlərini göstərən şirkətdir. Miner Azerbaijan fəaliyyətə yeni başlamasına baxmayaraq, bir çox fərdi sahibkar və iş adamlarına kifayət qədər xidmət göstərmişdir. Artan iş həcmi və bununla düz mütənasib olaraq böyümənin nəticəsi olaraq, Miner Azerbaijan yeni komanda yoldaşı axtarışındadır. İş mühiti qəliblərdən uzaq, komanda isə daha açıqgörüşlü insanlardan ibarətdir. Bu səbəbdən qeyd etdiyimiz kimi, işçi deyil, komanda yoldaşı axtarışındayıq. Müraciət edənlərdən yeganə xahişimiz, kriptovalyutalar ilə əlaqələri yalnız adlarını eşitməkdən ibarət olmasın. Həqiqətən sahə ilə maraqlanan və öyrənməyə həvəsli olanların müraciət etməsi məqsədə uyğundur. İşə müraciətlə bağlı heç bir zəngə cavab verilməyəcək. Müraciətlərə yalnız mail adresinə göndərilmiş CV’lər əsasında baxılacaqdır. Özünə güvənli tələbələrin də müraciətlərinə açığıq.

Qısa və net olaraq qeyd etmək istərdik ki, ilk bir həftə test həftəsi olaraq nəzərə alınır. Maaş ilk ay 300 AZN, ikinci ay 500 AZN, üçüncü aydan etibarən isə 800 AZN’dir. Namizədin, yəni gələcək komanda yoldaşımızın işi öyrənməsi, özünü inkişaf etdirməsi və şirkətə qatacağlarından asılıq olaraq maaş 1500 AZN-ə qədər qalxacaqdır.

- Kriptovalyuta bazarı və texnoloji yenilikləri izləməsi
- Kriptovalyuta mayner və avadanlıq satıcılarının araşdırılması, yazışmaların aparılması və kateqoriyalaşdırılması
- Avadanlıq qiymətlərinin nəzarətdə saxlanması, baza yaradılması və yenilənməsi
- Məhsul və xidmət təklifi formlarının (təqdimatlarının) hazırlanması
- Yeni müştərilərin araşdırılması
- Müştəri zənglərinin cavablandırılması və bazanın yaradılması
- Alış və satış təkliflərinin əldə olunması və idarəsi

Namizədə tələblər

- Kriptovalyuta sahəsinə ortalamadan daha çox maraqlı olması
- Araşdırma, yazışma və danışıqlar apara biləcək səviyyədə rus və ingilis dili bilikləri
- Araşdırma və analiz bacarığı
- Səlis danışıq qabiliyyəti
- Öyrənməyə maraqlı
- Komandada işləmə bacarığı

Tələblərə uyğun olduğunu düşünən namizədlər CV’lərini sayt yazmaq olmaz! mail adresinə göndərə bilər.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.