MEMAR

1500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 45 yaş
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs Mina xanım
Telefon (012) 409-08-55
E-mail abdulrahmanova.m@azin.az
Elanın tarixi 09-09-2022
Bitmə tarixi 09-10-2022
İş barədə məlumat

- Müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin işlənib hazırlanması, o cümlədən, fasadların yığılması
- Qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ sənədlərə uyğunluğunun təmin edilməsi
- Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsinin, lazımi texniki sənədlərin komplektliyinin təmin edilməsi
- Yuxarı təşkilatlarda və ekspertiza orqanlarında layihələrə baxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak
- Layihə olunmuş obyektlərin tikintisinə müəllif nəzarətinin həyata keçirilməsi, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi
- Zəruri halda ölçü götürmək üçün məkana getməli - Rəhbərliyin müvafiq tapşırıqlarını vaxtında yerinə-yetirilməsi və təhvil verilməsi

- İş qrafiki: Həftədə 6 gün, 09:00-dan 18:00-dək - AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş yeri: Nərimanov rayonu,

Namizədə tələblər

- Müvafiq sahədə Ali təhsil
- Memarlıq sahəsi üzrə minimum 5 il iş təcrübəsi (mütləqdir)
- AutoCAD, ArchiCAD və 3Ds Max proqramlarından mükəmməl istifadə edə bilmək (digər proqramlardan anlayışın olması arzuolunandır) - Portfolio mövcudluğu - Memarlıq layihələri, eskiz, baş plan, işçi layihələr, texniki-mühəndis sənədləri ilə çalışa bilmək
- İnşaat norma və qaydalarını bilmək
- Tikinti materiallarının, konstruksiyaların, interyer materiallarının növ və xüsusiyyətlərini bilmək
- Ünsiyyətcil, məsuliyyətli olmaq, komanda ilə işləməyi bacarmaq

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.