MEBEL ÜZRƏ TEXNOLOQ

2500 - 3000 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 30 - 50 yaş
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs ATEF Şirkətlər Qrupu MMC
Telefon (012) 452-41-81
E-mail hr@atef.az
Elanın tarixi 26-11-2021
Bitmə tarixi 26-12-2021
İş barədə məlumat

•Mebelin istehsalı üzrə texnoloji proseslərə nəzarət etmək;
•İstehsalat zamanı qeydə alınan uyğunsuzluqları müəyyən etmək və aradan qaldırılması üçün təkliflər vermək;
•Ağacı dəzgah vasitəsilə kəsmək, yonmaq, yığmaq, düzəltmək və tələb olunan formaya salınmasına nəzarət etmək;
•Dəzgahda konstruksiyaların ağac elementlərinin və digər ağac məmulatının düzəldilməsi, modifikasiyası və təmirini həyata keçirilməsinə nəzarət etmək;
•Qapılar, qapı və pəncərə çərçivələri, örtük, panellər kimi daxili və xarici elementlərin uyğunlaşdırılması, yığılması və dəyişdirilməsini təmin etmək;
•Dəzgahda ağac detalların kəsilməsi, yonulması, uyğunlaşdırılması və yığılmasına nəzarəti həyata keçirmək;
İş şəraiti
•İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,
•6 günlük iş həftəsi,
•Nahar fasiləsi: 12:00-13:00,
•Nahar müəssisə tərəfindən təmin edilir.

Namizədə tələblər

- Ali və ya texniki təhsilli
- Mebel və ağac emalı (Ağac, MDF və DSP və s. materiallardan istifadə olunur) sahəsində minimum iş təcrübəsi 5 il
- Avropəncərə istehsalı və boyama ilə bağlı biliklərinin olması
- MS Office ( Word, Excel, Power Point) proqramlarında işləməyi bilməli
- Тexniki sənədlərin oxunmasını bacarmalıdır
- Ağac emalının texnologiyasını bilməlidir
- Dəzgahların və kəsici alətlərin iş prinsipini bilməlidir
- Yaş həddi 30-50
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı
- Тexniki sənədlərin oxunmasını bacarmalıdır
- Bərk ağacdan, plastikdən, laminat lövhədən və MDF-dən hazırlanan məhsullar üçün texniki sənədlərin hazırlanması bacarıq və təcrübəsi olmalı (əl eskizləri)
- CNC frez maşını, stasionar frez dəzgahı və digər mebel sahəsi avadanlıqları haqqında biliklərin olması, dəzgahlar üçün tapşırıqlar yaratmaq bacarığının olması
- CNC frez dəzgahı üçün proqram tapşırıqları yaratmağı bacarmalı
- AutoCad və 3D mebelinin dizaynı proqramı haqqında məlumatı olmalı
- Şkaf mebeli və bərk ağacdan mebel istehsalı texnologiyasını bilməli
- Ağac pəncərə sistemini və mexanizmlərini bilməli

Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti
- Ezamiyyə imkanları
- Ünsiyyət yaratmaq bacarığı
- İşə planlı yanaşması
- Fəal olması və komandada işləmək bacarığı

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.