MALİYYƏ PLANLAMASI VƏ TƏHLİLİ ŞÖBƏSİNİN APARICI MÜTƏXƏSSİSİ

1000 - 1500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 24 - 45 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Maryana
Telefon (012) 505-95-11
E-mail hr@ask.gov.az
Elanın tarixi 31-01-2023
Bitmə tarixi 03-03-2023
İş barədə məlumat

Funksional vəzifələr:
- Müəssisənin illik büdcə planının, rüblük proqnozlarının və müvafiq balans, mənfəət və zərər, pul hərəkəti hesabatlarının hazırlanması
- Pul vəsaitləri üzrə büdcənin tərtib edilməsi, şirkətin üzləşə biləcəyi pul defisiti ilə bağlı maliyyələşmə mənbələrinin müəyyən edilməsi
- Müvafiq struktur bölmələrin və törəmə müəssisələrin büdcə planlamasında iştirakı və koordinasiyanı təmin edilməsi
- Təqdim edilmiş büdcə və proqnozların təhlili
- Büdcənin icrasına mütəmadi nəzarətin həyata keçirilməsi və icra vəziyyətinə dair hesabatların rəhbərliyə təqdim edilməsi
- Kənarlaşmalar barədə müvafiq struktur bölmələrinin xəbərdar edilməsi və büdcəyə düzəlişlərin həyata keçirilməsi
- Büdcə xərclərinin səmərəliliyinin təhlilinin aparılması və səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi
- Büdcə gəlirlərinin artırılması üzrə mənbələrin aidiyyəti struktur bölmələrlə müzakirə edilməsi
- Müəssisədə tətbiq edilən bütün təlimatlara, qaydalara və sair prosedur və tələblərə riayət
- Şöbənin vəzifələrinə aid edilmiş məsələlər üzrə digər işlər
- Əmək haqqı -1440 azn

Namizədə tələblər

Müvafiq sahə ilə əlaqəli ali bakalavr təhsili (Magistr, MBA arzu olunandır)
- Maliyyə planlaması, büdcə, maliyyə nəzarəti, audit və ya mühasibat sahəsi üzrə 2 il iş təcrübəsi
- Maliyyə-uçot sahəsi ilə əlaqədar mövcud qanunvericiliyi işində tətbiq edə biləcək səviyyədə bilmək
- Yüksək səviyyədə Azərbaycan dili biliyi;
- Xarici dil biliyi (ingilis dili, rus dili biliyi arzu olunandır)
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarının istifadə bacarığı
- ERP sistemləri ilə (1C 8.3 versiyası) üzrə bilik və işlətmə bacarığı
- Statistik və riyazi biliklər
- Analitik təhlil, strateji düşünmə, korporativ idarəetmə və problem həlletmə bacarığı
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklər; (MHBS)
- ACCA, CFA, FMVA, CIMA, CPA və ya bunlara ekvivalent olan digər beynəlxalq sertifikatlar arzu olunandır

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.