MALİYYƏ MÜDÜRÜ

2500 - 3000 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 35 - 50 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Mahir bəy
Telefon (012) 555-06-48
E-mail hr@elmanado.az
Elanın tarixi 06-11-2023
Bitmə tarixi 06-12-2023
İş barədə məlumat

- Maliyyə uçotu qurulmalıdır
- Həftə içi 6 iş günü
- Saat 08:00-dan - 18:00-dək
- Ünvan: Zabrat 2 qəs.

Namizədə tələblər

- Təhsil dərəcəsi: Maliyyə-mühasibatlıq, iqtisadiyyat və ya bənzər sahə üzrə tam ali təhsil
- 1C 8.3 versiyasını mükəmməl şəkildə bilməlidir
- İş təcrübəsi: Minimum 3 il
- Maliyyə şöbəsinin fəaliyyətinə rəhbərlik edir, şöbənin struktur vahidlərinin iş fəaliyyətini tənzimləyir və onlara nəzarət edir
- Şirkətin ümumi büdcəsinin tərtibinə, büdcəyə nəzarət hesabatlarını hazırlanmasına və daim təkmilləşdirilməsinə rəhbərlik edir, proqnozlarının icra hesabatlarının alınmasını təmin edir və konsolidə edilməsini təşkil edir
- Büdcə proqnozlarının icrasına nəzarət edir
- Maliyyə hesabat formalarının hazırlanması və mütəmadi təkmilləşdirilməsinə rəhbərlik edir, şirkətin ümumiləşdirilmiş rüblük və illik maliyyə hesabatlarının tərtibini təmin edir, nəticələrini təhlil edir
- Həyata keçirilən təsərrüfat əməliyyatlarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmasını, əmlakın hərəkətinə və şirkətin öhdəliklərinə nəzarəti təmin edir
- Tenderdə iştirak üçün sənədlərin hazırlanmasını təmin edir
- Balans və balansdan kənar hesablar üzrə aparılan əməliyyatlara nəzarəti həyata keçirir
- Şirkətin gəlir və xərclər, debitor və kreditorlar hesabının tərkibi barədə məlumatların hazırlanmasını təmin edir
- Büdcə icrası nəticələri ilə maliyyə hesabatlarının nəticələrini müqayisəli təhlil edir
- Şirkətin bank hesablarının qalıqları, gündəlik əməliyyatları barədə, rəhbərliyə məlumat verilməsini təmin edir
- Xarici və daxili audit yoxlamalarının həyata keçirilməsi üçün tələb olunan işləri həyata keçirir
- Audit yoxlamaları nəticəsində uçot və hesabatlarda aşkara çıxarılmış nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planını hazırlayır
- Vəzifə icrası ilə bağlı digər işlər

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.