MALİYYƏ MENECERİ MÜAVİNİ

1200 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 0 - 0 yaş
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs Talıblı Dilavər
Telefon (012) 404-72-82
E-mail hr@papaohns.az
Elanın tarixi 06-05-2023
Bitmə tarixi 06-06-2023
İş barədə məlumat

Vəzifə öhdəlikləri:
- Maliyyə-təssərüfat fəaliyyətinin mühasibat uçotunu, müəssisədə təsdiq olunmuş uçot siyasətinə və hesabatların aparılması qaydalarına müvafiq təşkil edir
- Mühasibat uçotunda müəssisədaxili əməliyyatların qeydi və hesabda əks olunmasını təmin edir
- Müəssisəyə ziyan dəymə, maliyyə, vergi, təsərrüfat qanunvericiliklərinin pozma hallarının qarşısının alınmasına dair tədbirlər görür
- Müəyyən edilmiş qaydada mühasibat sənədlərinin bütövlüyünü, tərtibatını və arxivə təhvil verilməsini təmin edir
- Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanması, cari sənədlərin unifikasiyasını, uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik edir
- Qanunvericiliyə uyğun dövlət orqanlarının tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi və hesabatların işlənib hazırlanması və təqdim edilməsi
- Mühasibat, vergi uçotu və DSMF ilə bağlı əməliyyatları aparır
- Statistika hesabatlarının vaxtında təqdim olunmasını təmin edir
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin edir
- Vergi orqanları ilə yazışmaları aparacaq, e-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin edir
- Əmək haqqının hesablanmasını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna, İcbari Tibbi Sığorta Fonduna ayırmaları hesablamaq və vaxtında aidiyyatı üzrə ödənilməsini təmin edir
- Maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati, təsərrüfat və digər xərclərə, debitor və kreditor borclara nəzarəti təmin edir
- Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək və üzləşmə aktlarının tərtibi

İş Şərtləri:
- Ə/H müsahibə əsasında bildiriləcək
- 5 günlük iş həftəsi
- Rabitə xərclərinin şirkət tərəfindən ödənilir
- İş yeri şəhərin mərkəzində yerləşir
- İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Maliyyə meneceri müavini” mövzusu altında [email protected] elekton ünvanına göndərə bilərlər

Namizədə tələblər

- Maliyyə idarəçiliyi sahəsində minimum 5 il iş təcrübəsi
- Vergi qanunvericiliyini bilməli
- Azərbaycan, Rus dilində sərbəst danışıq mütləqdir
- Ali təhsil mütləqdir
- Yüksək idarəcilik və təşkilatcılıq bacarıqları

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.