MAGİSTRATURA ŞÖBƏSİNİN BAŞ MÜTƏXƏSSİSİ

400 - 500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 45 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
Telefon (012) 564-11-62
E-mail HR@sport.edu.az
Elanın tarixi 08-09-2021
Bitmə tarixi 08-10-2021
İş barədə məlumat

- Qəbul imtahanında uğur qazanmış magistrantların qeydiyyat və eyni zamanda ümumi təhsil işinin təşkili zamanı kargüzarlıq işlərinin aparılması
- Magistratura təhsil səviyyəsində müqavilə üzərindən fəaliyyət göstərən müəllimlərin auditor dərslərinin təşkilinə yardım etmək
- Akademiyada təhsil alan magistrantların (ingilis dilli magistrantlar daxil olmaqla) təlim-tərbiyə işinin təşkil edilməsi və təkmilləşdirilməsi, mədəni-kütləvi tədbirlərin, elmi-metodik konfransların və seminarların təşkili, magistrantların elmi məqalələr məcmuələrinin dərc edilməsi işinin təşkilində fəal iştirak
- Magistratura səviyyəsində təhsil alan magistrantların tədris ili ərzində auditor dərslərinin və imtahanlarının keşirilməsinə nəzarət və eyni zamanda təcrübə və müdafiələrinin təşkilində yardım etmək
- Magistratura təhsil səviyyəsinə aid jurnalların hazırlanması və onlara nəzarət
- Magistrantların təhsil aldıqları müddət ərzində həm akademiya, həm də dövlət tərəfindən təşkil olunan tədbirlərdə, layihələrdə, ixtisasa uyğun dəyirmi masa və debatlarda iştirakının təşkili
- Tədris ili ərzində mütəmadi olaraq magistrantlarla ünsiyyətdə olmaq və məlumatların ötürülməsini təmin etmək
- Magistratura səviyyəsində təhsil alan magistrantların dissertasiya və müdafiə işinin təşkilinə yardım etmək
- Həftə içi 5 gün : 09:00-dan 17:00-dək , (nahar vaxtı saat 13:00-dan 14:00-dək)

Namizədə tələblər

- Ali təhsil (magistr dərəcəsi)
- Təhsil sahəsi üzrə ən az 2 il iş təcrübəsi
- Azərbaycan, ingilis və rus dillərin səlis bilmək və işgüzar yazışmalar aparmaq qabiliyyəti
- MS Office (Word, Excel, PowerPoint) bilikləri daxil olmaqla kompüter bacarıqları
- Kredit sistemi ilə tədrisin təşkili qaydaları haqqında ümumi məlumat haqqında anlayışın olması
- Dəqiqlik, məsuliyyət, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək, güclü kommunikasiya qabiliyyəti və komandada işləmək bacarığı
- Yüksək təşkilatçılıq bacarıqları və tələbə-müəllim heyyəti ilə düzgün münasibətlərin qurulması
- Müvafiq tapşırıların vaxtında və keyfiyyətli təhvil verilməsi

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.