LOGİSTİKA ÜZRƏ MÜTƏXƏSSİS

500 - 800 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 20 - 30 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Kənan m
Telefon (012) 441-49-88
E-mail hr@gls.az
Elanın tarixi 11-05-2021
Bitmə tarixi 11-06-2021
İş barədə məlumat

- Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünü yoxlanması
- Gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi
- İdxal və İxrac əməliyyatları məqsədi ilə Elektron GB (Gömrük Bəyyannaməsinin ) doldurulması

İdxal və İxrac əməliyyatları üçün nəzərdə tutulan fitosanitar, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınması
- Gömrük orqanlarının tələbi ilə təmsil etdiyi şirkətin hesabına gömrük nəzarətindən keçirilməli olan malların və nəqliyyat vasitələrinin daşınmasının, çəkilməsinin və ya miqdarının digər şəkildə təyin edilməsi
- Gömrük ödənişlərinin düzgün hesablanması
- Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq
- Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması
- Nəqliyyat dəyərinin haqq-hesabı(hesablanması) və təqdim edilməsi
- Nəqliyyatın planlaşdırılması və sifarişi
- İdxal və İxrac əməliyyatlarına nəzarət
- Nəqliyyat və gömrük sənədləri ilə iş; bütün zəruri icazələrin hazırlanması
- Ödənişlərin planlaşdırılması və hesabatın formalaşdırılması
- Bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi
- İş qrafiki: 9.30-dan 17.30-dək
- Nahar: 13*00-dan 14*00-dək
- İş günləri: Bazar ertəsi--Cümə

Namizədə tələblər

- Təhsil dərəcəsi: Bakalavr
- Logistika istiqaməti üzrə Təhsil istiqaməti və ixtisası və təcrübə
- Təcrübə: Ümumi ən az 3 il , sahə üzrə ən az 1 il
- Məsuliyyətlilik
- Ünsiyyət qurmaq bacarığı
- Etibarlılıq
- Detallara fikir vermək qabiliyyəti
- Azərbaycan,Rus və İngilis dillərini əla səviyyədə bilmək
- Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.)

Vakansiya üzrə cv - ləri sayt yazmaq olmaz! ünvanına göndərə bilərsiniz.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.