LOGİSTİK KOORDİNATOR

500 - 600 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 18 - 40 yaş
Təhsil Natamam ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Bağırova Nüşabə
Telefon (012) 541-26-10
E-mail cv@arsenalgroup.az
Elanın tarixi 30-12-2021
Bitmə tarixi 30-01-2022
İş barədə məlumat

- Yol hərəkətinin təhlükəsizlik qaydalarını gözləmək və hərəkətdə olan nəqliyyat vasitələrinin səmərəli və effektli istifadəsini təmin etməklə yüklərin daşınması üzrə qoyulmuş plan tapşırıqların yerinə yetirilməsinə nəzarət
- Məhsulların daşınmalar qaydalarına əməl olunmasında, nəzarət , yol sənədlərinin tərtibatında, sərnişin və yük daşımalarının yerinə yetirilməsi üçün məsafələrin təyin edilməsində iştirak etmək
- Yük daşımalarının istiqamətləri və onlara olan faktiki sifarişlər haqqında məlumatın toplanıb verilməsini təşkil etmək
- Sürücülərə marşrutların dəyişilməsi barədə məlumatın vaxtında çatdırılmasını təmin etmək.
- Tabeçiliyindəki avtomobillərin müştərilər, obyektlər arasında bölüşdürülməsi üzrə bölgü planlarının işlənib hazırlanmasını təmin etmək və onların yerinə yetirilməsinə nəzarət etmək
- Avtonəqliyyatdan istifadənin yaxşılaşdırılmasına, müştərilərin yük daşımalarına olan tələbatının tam ödənilməsinə yönəldilmiş tədbirlərin işlənib hazırlanması
- Sənədlərin düzgünlüyünə və avtonəqliyyat vasitələrinin sazlığına nəzarət
- Ümumi daşıma və çatdırılmaların həyata keçirilməsində satış departamenti əməkdaşları ilə koordinasiya
- Yaranan problemlərin həlli yolunda operativ təkliflər

Namizədə tələblər

- Yalnız BƏY namizədlər
- Azərbaycan dilində səlis danışıq (rus dili arzuolunandır)
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli
- ünsiyyət bacarıqları
- idarəetmə bacarığı
- müştəri yönümlü olmaq
- stresi idarəetmə bacarığı
- komandada işləmə bacarığı

Avtomobillərin texniki vəziyyətindən anlayışının olması mütləqdir. (Yük avtomobillərinin texniki vəziyyətindən anlayışı olmaq üstünlükdür)
Şəhəri yaxşı tanımaq .

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.